Nazir: "Sosial yardımın verilməsi ilə bağlı şərtlərin yumşaldılması nəzərdə tutulur"
"Ünvanlı sosial yardımla bağlı edilən 100 min müracitədən 50 mininə müsbət cavab verilib. Azərbaycanda qurulan sistemin avtomatikliyi, prosesdə insan faktorunun olmaması səbəbindən kifayət qədər yaxşı sistemdir".
Sonxeber.az "Report" - a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.
Nazir bildirib ki, hətta beynəlxalq təşkilatlar 54 ölkəyə Azərbaycanın sistemini təklif edib: "Amma ölkədə gəlirlərin leqal olmaması səbəbindən sosial yardım təyinatında problemlərlə üzləşirik. Çalışırıq ki, vətəndaşın gəlirlərinə aid məlumatları başqa yollarla araşdıraq. İmtinaların 90 faizi təqdim edilən sənədlərin düzgün olmaması ilə bağlıdır. Bunların sırasında ən böyükləri vətəndaşın adına olan mobil nömrələrlə, kommunal xərclərlə bağlıdır. Təqdim edilən nömrə vətəndaşa məxsus olmalıdır. Biz araşdırarkən telefon xərclərini də nəzərdən keçiririk. Bəzən vətəndaşın adına bir neçə nömrə aşkarlanır ki, bu da xərclərin artıq olması deməkdir. Bu səbəbdən vətəndaşa imtina verilir".
S.Babayev qeyd edib ki, vətəndaşın rəsmi iş yerinin olmaması da imtina səbəblərindən biridir: "Gələcəkdə sosial yardımın verilməsi ilə bağlı şərtlərin yumşaldılması nəzərdə tutulub. Çünki kommunal tariflər artıb, buna görə müəyyən dəyişikliklər etməyi düşünürük. Ümumi mexanimin dəyişilməsi isə hələ ki mümkün deyil. Çünki bu monipulyasiyalara, problemlərə gətirib çıxarır. Ölkədə bütün gəlirlər leqallaşandan sonra sosial yardım mexanimzi də dəyişilə bilər".
Nazir vətəndaşların sosial yardım almaq üçün al atdıqları qanunsuzluqlardan da danışıb: "Araşdırmalarımızda məlum olub ki, bir şirkətin 3 min işçisi var, onun 2 700-ü sosial yardım alır. Vətəndaş şirkətdə işlədiyi ilə bağlı sənəd təqdim edir, yardım alandan sonra həmin işdən çıxarırlar, maaş da vermirlər. Burada maklerlər var ki, bu işlə məşğul olurlar. Biz həmin şəxslərin qarşısını almağa çalışırıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1762 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr