Türkiyənin yeni peyki orbitə buraxıldı (VİDEO)
Türkiyənin "TürkSAT 5B" süni peyki ABŞ-ın Florida ştatındakı "Cape Canaveral" kosmodomundan orbitə göndərilib.
Sonxeber.az "Haber Global"a istinadən xəbər verir ki, 42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq.
"TürkSAT 5B" sabit peyklərdən 20 qat daha səmərəliliyə malikdir. Peykin manevr müddəti 35 ildən çoxdur. Peyklə yanaşı, kosmosa ilk dəfə kommersiya rabitə peyki ilə "yerli istehsal olan avadanlıq" da göndərilib.
"TürkSAT 5B" Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı və Aralıq dənizi, Şimali və Cənubi Afrika, Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcə biləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı tviterdəki hesabında paylaşım edib.
"Kosmosda səkkizinci aktiv peykimiz olacaq TürkSAT 5B" 42 dərəcə şərq orbitində ölkəmizə 35 il xidmət etmək üçün kosmos səyahətinə başlayır. Uğurlar", - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu peyklə ölkənin rabitə imkanlarının 15 dəfə artacağını bildirib. Nazir qeyd edib ki, "TürkSAT 5B" çərçivəsində hava, dəniz, quru interneti və yerüstü əlaqəyə çatmaq mümkün olmayan rabitə quruluşu hər yerdə fasiləsiz təmin ediləcək. Beləliklə, genişzolaqlı internet və rabitə başdan-başa təmin olunacaq.
Qeyd edək ki, bununla da "TürkSAT A.Ş."ə məxsus rabitə peyklərinin sayı artaraq 5-ə çatıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1058 Tarix: 19 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabrTrampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
31 oktyabr