Uşaqları sevindirir, valideynlərin cibini "yandırır" – ARAŞDIRMA

Uşaqları sevindirir, valideynlərin cibini "yandırır" – ARAŞDIRMAEkspertlər deyirlər ki, Yeni il hədiyyələrinin qiymətləri şişirdilmiş olmamalıdır, hər kəsin almaq, bütün uşaqların sevinmək haqqı olmalıdır. Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, hədiyyə paketlərini almaqdansa onu özləri hazırlamağa üstünlük versinlər.

Qarşıdan Yeni il gəlir. Hər il olduğu kimi, bu il də market və dükanlarda, həmçinin bazarda uşaqlar üçün içində oyuncaq, qida məhsulları olan Yeni il hədiyyələri satışa çıxarılıb. Lakin uşaqları sevindirən, həyəcanlandıran bu hədiyyələr valideynlərin cibini "yandırır". Hədiyyələrin ən ucuzu 9 manata, ən bahası isə 100 manata təklif olunur. Göz oxşayan kağız qutunun içindəkilər də ayrı "dərd"dir. Lakin şəkilli karton qutularda qablaşdırılmış konfet və şirniyyatları almağa həvəsli olan uşaqları nə qiymət maraqlandırır, nə də içindəki məhsullar. Bəs çıxış yolu nədir?

Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib.

"Uşaq istəyir deyə məcburuq"

"Marketə daxil olan kimi Yeni il hədiyyələri göz oxşayır. Nəinki uşaq, adam özü də həvəslənir. Lakin qiymətlər çox bahadır. Qutunun ölçüsü böyük, içi boşdur. Qutulara ucuz qiymətə məhsullar yerləşdiriblər. Üstəlik, şirniyyatların sayı da azdır. Məhsullar o qədər azdır ki, qutunun dibində qalır".

Bu sözlər şəhər sakini Gülzar Cəfərovaya məxsusdur. Gülzar deyir ki, uşaq istəyir deyə, məcbur olub alır: "Bilirsiniz ki, Yeni il uşaqların ən sevdiyi bayramlardandır. Şəkillərlə bəzədilən hədiyyələri də istəməyi normaldır. Lakin 15 manat verdiyim hədiyyə qutusunda heç 5 manatlıq qida məhsulu yox idi. Yarmarkalarda nisbətən ucuz olur, lakin keyfiyyətinə görə, böyük marketlərdən almağa məcburuq".

"Həm ucuz başa gəlir, həm də keyfiyyətinə əminəm"

Valideyn Əzizə Əliyeva isə deyir ki, övladı üçün Yeni il hədiyyələrini evdə özü hazırlayır: "Bu cür hədiyyələri, içində nə olduğunu bilmədiyimiz qutuları övladımıza vermək təhlükəlidir. Ötən il övladıma bu hədiyyələrdən birini almışdım. Qutunun içindəki məhsulların dəyəri verdiyim puldan qat-qat ucuz idi. Bundan əlavə, şirniyyatlar keyfiyyətsiz olur, bəzilərinin üzərində tarixi göstərilmir, hansı ölkənin istehsalı olduğu bilinmirdi. Tarix göstəriləndə də, ya vaxtı bitmişdi, ya da istifadə müddətinin bitməsinə bir ay qalmışdı. Ona görə də, boş qutular alıb, içini istədiyim məhsullarla doldururam. Boş qutunun qiymətləri 90 qəpik - 2 manat arasında dəyişir. İçinə istədiyiniz şirniyyatları yerləşdirə bilərsiniz. Həm ucuz başa gəlir, həm də keyfiyyətinə əminəm".

Valideyn hədiyyə almağa imkanı çatmayanda...

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, hər şeyi valideyndən gözləmək olmaz. Onun sözlərinə görə, valideynin hədiyyə almağa imkanı olmayanda uşaq mənəvi zərbə alır: "Bəzən elə şeylər var ki, valideynin gücü daxilində deyil. Uşaqları cəlb etmək üçün hazırlanan hədiyyələrin baha olması qəti yolverilməzdir. Maddi dəyərlərin öndə olduğu cəmiyyətlərdə gərginlik çox olur. Mənəvi dəyərləri ilə zəngin olan cəmiyyət isə həmişə özü özünü tənzimləyir. Azərbaycanda maddiyyatı təbliğ edən belə hadisələr, reklamlar çoxdur. Körpə uşaq niyə mənəvi zərbə almalıdır? Yeni il ərəfəsində hamı şadlanmalıdır, amma təsəvvür edin ki, bahalı hədiyyələri hər valideyn ala bilmir və nə qədər körpə uşağa zərbə vururlar. Buna göz yummaq olmaz. Bu, tək valideynin işi deyil, bütün cəmiyyətin, qurumların, humanitar siyasəti həyata keçirənlərin borcudur. Valideyn uşağına necə desin ki, bala, sənə hədiyyə almağa gücüm çatmır? Xüsusi ilə Yeni il hədiyyələri ilə bağlı şişirdilmə qiymətlərə yol vermək olmaz. Ona görə də, burada aztəminatlı valideyn heç nə edə bilməz".

"Seçim valideynindir"

Sosial sahə üzrə mütəxəssis İlqar Hüseynli deyir ki, valideynlər bayramda uşaqlar üçün xərclənəcək pulu əvvəlcədən planlamalıdır. Ən əsası, mütləq marketdə satılan hədiyyələri almazdan öncə, içindəki məhsulları nəzərdən keçirməlidirlər: "Valideyn uşağa hədiyyə alarkən öz büdcəsini nəzərə almalıdır. Marketləri, bazarları, iri ticarət mərkəzlərini hədiyyələrin qiymətinə görə qınaya bilmərik. Seçim valideynindir. Valideyn övladı üçün müəyyən büdcə nəzərdə tutmalı, o büdcəyə görə hərəkət etməlidir. Hədiyyəni də qiymətinə görə kor-koranə almaq olmaz. Bəlkə içində qoyulan hansısa məhsula sənin övladının allergiyası var?"

"Valideynin şikayət etmək hüququ var"

Mütəxəssisin sözlərinə görə, valideyn hədiyyənin içindəki məhsulun qiyməti ilə maraqlanmalıdır: "Valideyn tələb etməlidir ki, hədiyyənin içində olan ərzaq məhsullarının ayrılıqda ümumi qiyməti nə qədərdir. Əgər doğrudan da qiymət fərqi çoxdursa, yaxud ərzaqların buraxılış, saxlanma müddəti adekvat deyilsə, onda tədbir görmək olar. Valideyn hədiyyəni açanda, içərisində müddəti bitmiş, yemək üçün uyğun olmayan ərzaq müşahidə edərsə, onun şikayət etmək hüququ var. Amma hər şey qaydasındadırsa, mağazada satılan qidalardan qiymətdə də az fərqlənirsə, burada nə marketin, nə digər şəxslərin hər hansı məsuliyyət hissi yoxdur. Hədiyyə almağa imkanı olmayan valideynlər eyni ərzaqları ayrıca marketdən alıb hədiyyə paketi kimi hazırlaya bilərlər".

"Özünüz hədiyyə paketi hazırlayın"

Mütəxəssislər məsləhət görürlər ki, valideynlər hədiyyə qutularının xarici görünüşünə aldanmasınlar. Qutuların içində olan məhsulların keyfiyyətinə və yararlılıq müddətinə nəzər yetirmək mütləqdir. Övladınızı sevindirmək istəyirsinizsə, ona ya özünüz xüsusi hədiyyə paketləri hazırlayın, ya da alarkən həmin hədiyyənin məhsullarına dəfələrlə nəzarət edin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1236   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr