XİN: "Azərbaycan İƏT-in Əfqanıstanda humanitar vəziyyətlə bağlı səylərini dəstəkləməyə hazırdır" - FOTO
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı keçirilən növbədənkənar iclasında çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasın çağırılması təşəbbüsünə görə İƏT sədri Səudiyyə Ərəbistanı Krallığına və tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə təşəkkür ifadə edən nazir, çıxışında aşağıdakı əsas məqamları səsləndirib:
"Təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsi regional və qlobal səviyyədə ciddi problemlər yaradır və ümumi narahatlıq mənbəyidir. Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir.
İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var. Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir.
Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır.
Davamlı həll yolları tapmaq üçün mövcud vəziyyətin əsas səbəblərini nəzərdən qaçırmaq olmaz. Bu kontekstdə ölkədə tam funksional inklüziv idarəetmə sisteminin yaradılması, xüsusilə gənclər arasında terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi risklərinin, yoxsulluğun aradan qaldırılması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi həyati əhəmiyyət kəsb etməkdə davam edir. Əks halda, sadəcə humanitar yardım Əfqanıstan xalqının onilliklər boyu çəkdiyi əzablara çarə ola bilməz.
Dinc və inklüziv proses vasitəsilə effektiv idarəetmənin qurulması böhrandan yeganə çıxış yoludur. Bununla əlaqədar olaraq, biz İƏT-in qəbul etdiyi bir sıra qətnamələrin etibarlılığını vurğulayırıq və Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyimizi bir daha təsdiqləyirik.
Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstandakı vəziyyətin gərginləşməsi ilə bağlı üzləşdikləri ciddi problemlərin həllində qonşu İƏT üzv dövlətlərə də bizim həmrəyliyimiz və dəstəyimiz göstərilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi