Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Orucov Səbuhi, Tağıyev Hüseyn, Feyzullazadə Mehdi, Əsədov Səbuhi, Yusifzadə Xudayar, Qəribzadə Fəxrinin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları eləcə də döyüş yoldaşları iştirak ediblər.
Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1223 Tarix: 19 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin
9 noyabrXİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny
10 noyabrPrezident polşalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi
10 noyabrHeydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto
Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant
10 noyabrİlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə
10 noyabr