Astarada baş verən meşə yanğını söndürüldü - YENİLƏNİB
Astarada meşədə baş verən yanğın söndürülüb.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun ucqar dağ kəndi olan Pəlikeş ərazi icra vahidliyindən başlayan yanğın üç istiqamətdə 20 hektara yaxın ərazini əhatə edib.
Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və könüllü yerli sakinlər tərəfindən yanğın söndürülüb.
Faktla bağlı araşdırmalara başladılıb.
11:01
Astara rayonunda baş verən meşə yanğını məhdudlaşdırılıb.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər.
Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.
Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yenidən közərmələr davam edir.
10:15
Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1876 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır
12 sentyabr 2021Nazir daha bir rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano
11 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır
Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr
17 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c
17 sentyabr 2021Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü
Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
16 sentyabr 2021