Erməni dilini bilən sabiq nazir - UNUDULAN MƏMURLAR

Erməni dilini bilən sabiq nazir - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasovdan bəhs edəcəyik.

İsmət Dursun oğlu Abbasov 25 may 1954-cü ildə İrəvan şəhərində dünyaya gəlib. O, 1971-ci ildə bu şəhərdəki M.Axundov adına orta məktəbi, 1976-cı ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

İsmət Abbasov 1976–1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis, şöbə rəisi, Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsində, Bakı biskvit fabrikində, Bakı tütün kombinatında və 1 saylı şərab zavodunda direktor müavini vəzifələrində çalışıb.

O, 1997–2004-cü illərdə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini 23 oktyabr 2004-cü ildən isə nazir təyin olunub. Yeri gəlmişkən, sabiq nazir 2013-cü ilə kimi isə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.

İsmət Abbasov "Azərbaycanın kənd təsərrüfatı", "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", "Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı" kitablarının müəllifidir.

Sabiq nazir 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı da seçilib. Yeni Azərbaycan Partiyasının və onun Siyasi Şurasının üzvüdür.

İsmət Abbasov bir sıra məsələlərlə medianın gündəmini zəbt edə bilib.

Belə ki, mediada onun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması və radikal dini təriqətin üzvü olmasına dair bir sıra yazılar gedib.
Sabiq nazir isə bunlara belə cavab verib: "Mənim heç bir narahatlığım yoxdur. Bundan sonra da barəmdə kim nə yazır, qoy yazsın! Özləri bilər! Hamıdan yazırlar, qoy məndən də yazsınlar".

Bundan başqa, İsmət Abbasov haqqında bəzi iddialar da səsləndirilib. Belə ki, mətbuatda onun aqrolizinq adı ilə milyonlarla pul qazanması barədə materiallar dərc olunub.

Qeyd edək ki, Abbasov nazir olduğu dövrdə Ermənistana səfər edib. O bildirib ki, İrəvanda doğulduğundan erməni dilini yaxşı bilir.

İsmət Abbasov 22 oktyabr 2013-cü ildə Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilib. Daha sonra isə 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş nazirinin müavini kimi fəaliyyət göstərib.

O, "Şöhrət" ordeni ilə təltif edilib, iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Ailəlidir, iki övladı və üç nəvəsi var. Hazırda isə bizinesi ilə məşğuldur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1306   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr