8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edən işğala son qoymaq əzminin, dövlətimizin hərbi-siyasi qüdrətinin və milli birliyimizin ən parlaq ifadəsidir. Zəfər Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu, regionun geosiyasi reallıqlarını kökündən dəyişdirdi, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirdi.
Xalqınız uzun illər Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşmiş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Şəhər və kəndlərimizin dağıdılması, tarixi-mədəni irsimizin məhv edilməsi, xalqımıza qarşı törədilmiş cinayətlər milli yaddaşımızda silinməz izlər qoyub. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qəbul edilməsinə baxmayaraq, işğalın aradan qaldırılması istiqamətində təsirli beynəlxalq mexanizmlər işə salınmamışdır. ATƏT-in Minsk qrupunun uzun illər davam edən nəticəsiz fəaliyyəti münaqişənin ədalətli həllinə deyil, mövcud vəziyyətin qorunub saxlanılmasına xidmət etmişdir.
Azərbaycan heç zaman işğalla barışmadı. Dövlətimizin ərazi bütövlüyünün bərpası, suveren hüquqlarının təmin olunması və xalqımızın doğma torpaqlarına qayıdışı milli dövlətçilik siyasətimizin dəyişməz məqsədi olaraq qaldı.
Möhtərəm Cənab Prezident İlham Əliyevin siyasi iradəsi, dövlət idarəçiliyində nümayiş etdirdiyi yüksək məharət və milli maraqlarımıza əsaslanan siyasəti Azərbaycanın tarixi Qələbəsini şərtləndirən başlıca amillərdən oldu.
Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, müasir və peşəkar ordunun formalaşdırılması, müdafiə sənayesinin inkişafı, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi vahid dövlətçilik məqsədinə xidmət etdi. Azərbaycan illər ərzində hərbi qüdrətini artırdı, öz milli maraqlarını müstəqil şəkildə müdafiə etmək imkanlarını genişləndirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatları Azərbaycan xalqının onilliklər boyu gözlədiyi tarixi dönüşün başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində yüksək döyüş hazırlığı, peşəkarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi.
Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrimizin azad olunması ilə davam edən zəfər yürüşü noyabrın 8-də Şuşanın azad edilməsi ilə özünün ən möhtəşəm zirvəsinə yüksəldi. Şuşa Zəfəri Ermənistanın hərbi məğlubiyyətini qaçılmaz etdi və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin olundu.
Şuşanın azad edilməsi xalqımızın milli ruhunun, tarixi yaddaşının və dövlətçilik iradəsinin qələbəsi idi.Şuşanın azad olunması bir daha sübut etdi ki, dövlətin qətiyyəti, ordunun döyüş qüdrəti və xalqın doğma torpağına sarsılmaz bağlılığı qarşısında uzun illər ərzində formalaşdırılmış işğal reallıqları davam gətirə bilməz.
Vətən müharibəsində qazanılmış Zəfərin mühüm xüsusiyyətlərindən biri də xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. Siyasi baxışından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin vətəndaşları vahid amal ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında dayandılar. Ön cəbhədə döyüşən qəhrəman hərbçilərimizlə arxa cəbhədə səfərbər olan xalqımızın birliyi ölkəmizin ən böyük mənəvi gücünə çevrildi.
"Dəmir yumruq" məhz sözügedən birliyin, milli iradənin və dövlət qüdrətinin rəmzi kimi tarixə həkk olundu. Vətən müharibəsi bir daha təsdiqlədi ki, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi milli dəyərlərdir. Adıçəkilən prinsiplər ətrafında həmrəylik nümayiş etdirmək hər bir vətəndaşın dövlətçilik məsuliyyətidir.
Azərbaycanın tarixi Zəfəri döyüş meydanında, diplomatik və informasiya müstəvisində mühüm nəticələrlə müşayiət olundu. Cənab Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynadı. Dövlət başçımızın qətiyyətli və arqumentlərə əsaslanan çıxışları ilə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarına cavab verdi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etdi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları tarixi Zəfərimizin siyasi və hüquqi baxımdan tamamlanmasında həlledici mərhələ oldu.
Qarabağda separatçı fəaliyyətə birdəfəlik son qoyuldu, Azərbaycan Respublikasının konstitusiya quruluşu və dövlət suverenliyi bütün ərazilərimizdə tam təmin edildi. Oktyabrın 15-də Möhtərəm Cənab Prezident İlham Əliyevin Xankəndinin mərkəzi meydanında üçrəngli Dövlət Bayrağımızı ucaltması xalqımızın müasir dövlətçilik tarixinin ən qürurverici hadisələrindən biri kimi yaddaşlara həkk olundu.
2020-ci ilin 8 Noyabr Zəfəri ilə başlanan tarixi proses 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə öz məntiqi yekununa qovuşdu. Azərbaycan öz gücü və siyasi iradəsi hesabına beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində suverenliyini təmin edən qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ölkəmiz regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində fəal siyasət həyata keçirir. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqədar strukturlarının fəaliyyətinə xitam verilməsi ölkəmizin irəli sürdüyü sülh gündəliyi baxımından mühüm siyasi nəticələrdir.
Azərbaycanın prinsipial mövqeyi regionun gələcəyinin qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ehtiram, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması əsasında qurulmasından ibarətdir. Tarixi Zəfərimizin ən mühüm nəticəsi Qarabağ və Şərqi Zəngəzurun genişmiqyaslı bərpası, doğma torpaqlarımızda həyatın yenidən canlanmasıdır. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin müasir inkişaf məkanına çevrilməsini təmin edir. Yeni şəhər və kəndlərin salınması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, təhsil, səhiyyə və sosial xidmət müəssisələrinin istifadəyə verilməsi dövlətimizin iqtisadi imkanlarını və quruculuq potensialını nümayiş etdirir.
2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 10 mindən artıq ailənin, 40 mindən çox insanın qayıdışı təmin edilmişdir. Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldilməsi, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi və layiqli yaşayış şəraitinin təmin edilməsi tarixi Zəfərimizin doğma torpaqlarımızda yaratdığı yeni reallıqların bariz ifadəsidir.
Azərbaycanın hərbi meydanda qazandığı Zəfər günümüzdə Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuqla, insanların doğma yurdlarına qayıdışı ilə və dövlətimizin artan iqtisadi qüdrəti ilə davam etdirilir.
Tarixi Zəfərimizin təməlində xalqımızın qəhrəman övladlarının misilsiz fədakarlığı dayanır. Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri, mənzil və avtomobillərin verilməsi, məşğulluq proqramları, reabilitasiya xidmətləri, eləcə də "YAŞAT" Fondunun fəaliyyəti bu istiqamətdə dövlət qayğısının davamlı xarakter daşıdığını göstərir.
Müstəqil, bütöv və suveren Azərbaycanı qorumaq, qazandığımız nailiyyətləri daha da möhkəmləndirmək hər birimizin mənəvi və vətəndaşlıq borcudur. Tarixi Zəfərimizin əbədiliyi dövlətimizin inkişafına, milli birliyimizin möhkəmlənməsinə və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməklə möhkəmləndirilir.
Azərbaycan öz taleyini müstəqil müəyyən edən, milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edən, regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdıran qüdrətli dövlətdir. Ölkəmizin əldə etdiyi nailiyyətlər göstərir ki, güclü dövlətçilik ənənələri, xalqın birliyi və milli məqsədlərə sədaqət Azərbaycanın gələcək inkişafının etibarlı əsasını təşkil edir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın yenilməzliyinin, milli ləyaqətinin və dövlətçilik qüdrətinin əbədi rəmzidir. Zəfərimizin siyasi, hərbi və mənəvi irsi gələcək nəsillər üçün milli qürur mənbəyi, müstəqil dövlətimizin inkişaf yolunu müəyyən edən mühüm tarixi dəyərdir.
Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq müstəvidə öz milli maraqlarını qətiyyətlə müdafiə edən qalib Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, xalqımızın rifahının yüksəlməsi və ölkəmizin davamlı inkişafı naminə göstərilən səylər tarixi Zəfərimizin bizə bəxş etdiyi ali dövlətçilik amalının təcəssümüdür.
Əlamətdar gündə tarixi Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı ifadə edir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına təşəkkürümüzü bildiririk.
Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan!
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva