Enerji ehtiyatlarının ixracı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində başlıca amildir

Enerji ehtiyatlarının ixracı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində başlıca amildirAvropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore"" qəzetinə müsahibələrində Avropa dövlətlərinin əsas enerji təminatçısı olan Azərbaycanla qitə dövlətləri arasındakı münasibətlərdən danışaraq vurğulamışdır ki, bizim ixrac bazarımız ilk növbədə əsasən Türkiyə və Gürcüstan olsa da, sonrakı mərhələdə ölkəmizin ən böyük qaz istehlakçısı İtaliya, Yunanıstan və Bolqarıstandır. Qitə dövlətlərinin enerji böhranından çıxarılması üçün Azərbaycanın enerji coğrafiyasını genişləndirmək potensialı mövcuddur. "Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir" söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal iş aparılır.
İllərin təcrübəsi təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Ölkə başçısı bildirmişdir ki, Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttinin inşası bir neçə il davam edib. "Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Bizim Avropaya ixracımız rəqabət təşkil etmir. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik".
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində enerji ehtiyatlarının ixracı başlıca amildir. Təbii ki, bu məqamda Cənub Qaz Dəhlizinin potensialından istifadə unudulmamalıdır.
İtalyan jurnalistin qeyd etdiyi kimi, Azərbaycan Transadratik qaz kəmərini iki dəfə uzadaraq Yunanıstandan Burqasadək çatdıra bilər. Texniki baxımdan çox mürəkkəb, tələb olunan vəsait cəhətdən çox bahalı olan və möhkəm iradə, qarşılıqlı inam tələb edən Cənub Qaz Dəhlizinin 4 seqmentinin əsas maliyyə yükünü öz üzərinə götürən Azərbaycan layihənin tam başa çatmasından əvvəl avropalı istehlakçılarla müqavilələr imzalamışdı. Ölkə başçısı İlham Əliyev müsahibəsində perspektivlərdən də söz açaraq bildirmişdir ki, avropalı istehlakçıların tələbinə uyğun olaraq hasilatı artırmaq imkanımız vardır və Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi.
Prezident İlham Əliyev Brüsseldə vədini yerinə yetirən bir dövlət başçısı kimi çıxış etməklə, enerji layihələrinin reallaşmasında, hasilatçı və istehlakçı ölkələr arasında əməkdaşlığın güclənməsində, tərəfdaşlıq formatının yaranmasında yaxından iştirak edən Avropa İttifaqı ilə münasibətləri də yüksək qiymətləndirdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 804   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

8 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

10 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr