Prezidentin "İl Sole 24 Ore" qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin təqdimatı oldu

Prezidentin "İl Sole 24 Ore" qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin təqdimatı olduDekabrın 15-də Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində İspaniyanın "El Pais" qəzeti ilə bərabər həm də İtaliyanın "İl Sole 24 Ore" qəzetinə də müsahibə verdi. Dünyada çox məşhur olan hər iki qəzetin müxbirlərinin suallarının əksəriyyəti anti-Azərbaycan qrupların, "5-ci kolon"un, müxtəlif marginal dəstələrin ətrafında spekulyasiya və manipulyasiya qurmağa çalışdıqları bəzi hallarda provokasiya xarakterli mövzular üzərində qurulmuşdu. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın əsirlər, ərazilər, sərhədlər, Zəngəzur dəhlizi ilə bağlı absurd iddialarını, xüsusilə də dünya enerji bazarında Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışanların yalanlarını ifşa etdi, beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu.
Prezident İlham Əliyev müsahibəsində Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsinin, ermənilərin dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərmələrinin əsas səbəblərini təhlil olunmuş şəkildə diqqətə çatdırdı.
Ölkə başçısı Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddialarının əsassız olduğunu, Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdışın olmayacağını, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını qəbul edilməsini, Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olduğunu, 30 il ərzində Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı soyqırımı törətməsini bildirib. Qeyd edilib ki, Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasından, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir.
Prezident İlham Əliyevin "İl Sole 24 Ore" qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin, əldə olunan nailiyyətlərin təqdimatı baxımdan da əhəmiyyətli oldu. Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti, iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işləri barədə ətraflı məlumatlar əldə etdi. Bildirildi ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bu dəhlizin işə düşməsindən isə Azərbaycanla bərabər Ermənistan, həmçinin bölgənin digər dövlətləri də xeyir əldə edəcəklər.

Elsən Manafov - siyasi səhrçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 894   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video

"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib

8 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

8 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

10 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr