"Dövləti qorumaq ailəni qorumaqla mümkündür!" - DEPUTAT

"Dövləti qorumaq ailəni qorumaqla mümkündür!" - DEPUTAT"Güclü ailə güclü dövlətin təməlidir. Ailə kiçik dövlət, dövlət böyük ailədir!"

Sonxeber.az bildirir ki, bu sözləri Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkil etdiyi "Azərbaycanda Mövcud Ailə münasibətləri: Sosial Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair keçirilən Konfransda millət vəkili Zahid Oruc deyib.

O, ilk öncə 24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, 2020-ci ilin Vətən müharibəsində xalqımızı və ordumuzu parlaq qələbəyə gətirən liderin, Zəfər Komandanı, cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edək, ölkə başçısına Böyük Qayıdış, Böyük Quruculuq və Böyük Azərbaycan naminə yeni Şuşa Zəfərləri arzulayıb:

"Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi ictimai həyatın müxtəlif sahələri ilə bağlı aktual məsələləri araşdırmağa, tədqiqatlar aparmağa və gəldiyi nəticələri hakimiyyət institutlarına və cəmiyyətə çatdırmağa çalışır. "Azərbaycan ailəsi" kimi tarixən hər zaman müqəddəs sayılan bir mövzunun araşdırılması və onun hazırkı portretinin canlandırılması, daha böyük nəzərlərlə ailə institutunun dayaqlarının necə yeni bir təməllərə daşındığının tədqiq edilməsi həm dövlətimiz, həm də milltəmiz üçün bir nömrəli məsələdir".

Deputat qeyd edib ki, tədbirin əsas mövzusu ailə münasibətləri, milli ailə modelinin məruz qaldığı təsirlər və gözlənilən nəticələrdir:

"Bu gün ailə institutu, milli dəyərlər sistemi fasiləsiz xarici təzyiqlərə məruz qalır. Azərbaycan ailəsi bir tərəfdən tarixin sərt sınaqlarından çıxaraq köklü dəyərləri və ənənələri, norma və idealları özündə qoruyub saxlamağa çalışır, digər tərəfdən dünyada radikal dəyişikliklər hər bir millətin üzərində qərarlaşdığı fundamental dayaqlara hücum edir, onun özgürlüyünü, fərqliliyini və müqəddəsliyini əlindən almağa çalışır. Söhbət, əlbəttə, dünyəvi bir tendensiyadan gedir və biz indiki halda yalnız ölkəmizdən danışmırıq.

Ümumiləşmiş halda deyə bilərik ki, xaricdən ixrac olunan mal və xidmətlərdən daha çox aşağıdakı halların şahidi oluruq:

• Dəyərlər sisteminin yadlaşması və əsasən qərbləşməsi,
• Qlobal informasiya məkanında sərhədsiz azadlığın gətirdiyi təhlükələr,
• Fərdiyyətçiliyin geniş yayılması,
• Qadın və kişilər arasında rolların yenidən bölünməsi,
• Ənənəvi ailə modellərini əvəzləməyə iddialı olan alterantiv ailə modellərinin üstünlük qazanması,
• Uşaqsız ailə ideallarının geniş təbliği və çağdaş dövrümüzdə Ailə institutunun mahiyyətinin dəyişməsinə və dünənədək əsas cəmiyyət istitutları tərəfindən kəskin müqavimətlə qarşılanan davranışın bu gün normaya çevrilməsi.

Bir vaxtlar gerilik, hüquqsuzluq, mövhumatçılıq, qeyri-bərabərliyi aradan qaldıran, eləcə də imperiyalar arasında təkcə torpaqlarını və sərvəvlətlərini deyil, həm də öz ailə varlğını qoruyan Azərbaycan dünyadakı aşırı müasirliyin təhlükələrindən qorunmaq yolunu axtarır.

Məhz ona görə də ölkə rəhbəri ənənəvi dəyərləri "ən böyük sərvət" adlandırır.

Keçmiş sovet ailəsinin obrazı, onun yaratdığı ideoloji nümunələr, milli filmlər, bədii əsərlər və yüzlərlə tarixi vasitələrlə yaddaşımıza həkk olan, indiki nəsillərə ötürülən ailə ənənələri bu gün xarici film sənayesi, mediası, texnikası və texnologiyasının, smart sistemlərinin əlavəsinə çevrilərək zəiflədilirsə də, hər bir halda, Qafqazlarda tarix boyu güclü olan milli köklərini və ruhunu, öz varlığını qoruyub saxlayır.

Rəqəmsal texnologiya, sosial media bir tərəfdən gündəlik həyatımızı asanlaşdırarkən, digər tərəfdən ictimai nizamın zədələnməsinə, xüsusən ailə bağlarının qırılmasına yol açır.

Təsadüfi deyil ki, ictimai rəy sorğularında Azərbaycan cəmiyyəti ailə münasibətlərinə əsas təhdid kimi sosial şəbəkələri qeyd edir (64%). Şəxsi münasibətləri, sirləri və mübhəmliyi əldən almağa çalışanlar aillələrə açıq hücum edir. Əvəzində isə "İmmunitet qüvvəmiz" və əsas silahımız, məhz bizi dünya xəritəsində qoruyub saxlayan ailə dəyərlərini hifz etməkdir.

Bu çağırış təkcə dövlət qarşısında edilmir, daha çox cəmiyyətdən səfərbərilik və müqavimət tələb edir.

Ailə və dövlətin, ailə və cəmiyyətin müqəddəratı daim eyni olur. Güclü cəmiyyət sağlam ailə münasibətlərinə bağlıdır. Konstitusiyamızda ailə dövlətin və cəmiyyətin əsas özəyi kimi qəbul edilir. Biz həm də tarixən ailəni ocaq və qoruyucu nüvə sayan bir mədəniyyətin, sivilizasiyanın mənsublarıyıq.

Biz son 30 ildə ən böyük təhlükələri dəf edəndən sonra Vətən savaşında öz övladlarını şəhid verən minlərlə azərbaycanlı ailəsini 21-ci əsrin ən böyük qüvvəsi və hadisəsi adalndıra bilərik.

Öz həyat yoldaşını, qardaşını, oğlunu, atasını, doğmasını Vətənə bağışlamağa hazır olan yüz minlərlə ailə həm də qlobal savaşlardan qalib çıxan Zəfər ailələri deməkdir. 2-ci Qarabağ müharibəsində parlaq Qələbəni qazanan da tarixi Azərbaycan kodlarını daşıyan, qalibiyyət ordusunu, millətimizi və dövlətimizi quran ailələrdir.

44 günlük savaşda düşmənə qarşı səngəri vahid olan, tikəsini əsgərlə bölən hər bir insan, yaralıya qan verən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə ehtirama layiqdir.

Əlbəttə, savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb.Lakin əvəzində onların qanının qarışdığı torpaq azad olunub!

Ali Baş Komandanın və hörmətli Mehriban xanımın çiyin-çiyinə ordumuzla birgə addımlaması, onların qürur və itkisini qəlbən yaşamaları, analara çiyin verən Birinci xanımın mərhəməti əsil dövlət ərkanı və nəciblik nümunəsidir.

Qələbimizin nəticəsinin ictimai həyatın bütün sahələrinə, eləcə də ailə quruculuğuna, dövlətin ailə siyasətinə daşınması mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, şəxsiyyət amili məktəbdən, cəmiyyətdən əvvəl ailədə inşa olunur. Yeni nəslin qalib ruhda, qalib milli kimlikdə formalaşması məhz ailədən başlamalıdır.

Biz böyük ailələri - təkcə valideyn və övladlardan ibarət deyil, o cümlədən, valideyn, övlad və nənə-babadan ibarət "böyük ailə" strukturunu - ən uğurlu ailə modeli hesab edirik. Təəssüf ki, yad ideallar geniş ailə strukturunu sıradan çıxardıqca, onun yaşlı üzvləri üçün də ailədən kənar qayğı mərkəzi həlləri genişlənir. Ailədaxili münasibətlərin kəmiyyət və keyfiyyət baxımından transformasiyası ailənin ictimai təsəvvürdəki möhkəm yuva, ocaq, güvən obrazını dağıtmamalıdır.

Bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı ailə qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirilməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir.

Gəlin unutmayaq ki, Güclü millətlər güclü ailələrdən doğulur! Dövləti qorumaq ailəni qorumaqla mümkündür!"

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1349   Tarix: 22 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr