Sosial artımlar nikbin proqnozlar vəd edir

Sosial artımlar nikbin proqnozlar vəd edirSon illər ölkəmizdə əmək haqqlarının, pensiaların və digər ödənişlərin davamlı şəkildə artımını müşahidə edirik və sözsüz ki, bütün bunlar vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda son üç il yarım müddət ərzində minimum pensiaların 82 faiz, orta statistik pensiayanın həcmi isə 60 faiz artıb. Xüsusilə, son 10 il, yaxud 15 il ərzindəki dinamikaya nəzər salsaq, bir sıra məqamlara aydınlıq gətirə və kifayət qədər böyük artım olduğu qənaətinə gələ bilərik. Pensiyaların, müavinətlərin, sosial təyinatlı ödəmələrin artımı, bütün bunlar iqtisadiyyatla bilavasitə bağlı məsələlərdir. Daha dəqiq desək, sosial ödənişlərin artımı birbaşa dövlətin iqtisadi potensialından asılıdır və əgər biz son illər belə artımları mütəmadi olaraq müşahidə ediriksə, deməli, ölkəmizin iqtisadi potensialı daha da artmaqdadır ki, bunun öhdəsindən layiqincə gəlinir.
Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə təkcə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Prezidentin digər Sərəncamı ilə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları artırılib. Artımlar demək olar ki, bütün sahələri əhatə edib.
Sevindirici haldır ki, bütün dünya ölkələrində böhranlı vəziyyətin hökm sürdüyü bir zamanda, pandemiyanın zərərli təsirlərinə məruz qaldığı bir vaxtda ölkəmizin iqtisadiyyatında dinamik irəliləyiş müşahidə olunur və məhz bu imkan verir ki, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müvafiq addımlar atılsın, artımlar edilsin. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, sənaye sahələri və digər sahələr üçün geniş imkan mövcuddur və bu imkanlar daha böyük uğurlar, nəticələr vəd edir. Təbii ki, bunun üçün, qeyd etdiyimiz kimi, sərmayə, kapital qoyuluşları, istehsalın genişləndirilməsi tələb olunur və bu istiqamətdə də uğurlu addımlar atılır. Ümumiyyətlə, ölkə iqtisadiyyatının bütün istiqamətlərində dövlətimizin, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti daha böyük nəticələrə zəmin yaradır və artıq təsdiq olunan əmək haqqı, pensiya və digər artımların davamlı olacağına şübhə yeri qalmır. Əslində, sözügedən artımlar gələcək üçün nikbin proqnozlar vəd edir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1029   Tarix: 22 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

8 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr