Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİB

Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİBXorvatiya Prezidenti Zoran Milanoviç İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzu edirəm.

Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da qarşılıqlı dostluğu və ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Buna görə də iqtisadi əlaqələrin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

17:14

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və cansağlığı arzulayıram.

Bu yaxınlarda Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilmiş görüşümüzdə açıq və konstruktiv söhbətimizi xatırlayıram.

Bu əlamətdar günlə əlaqədar əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə ölkələrimizin, xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
11:45
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Əziz dostum,

Hörmətli cənab Prezident,

Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından 60 illik yubileyiniz münasibətilə xüsusi şərəf hissi ilə ürəkdən təbrik edirəm. Sizə güc-qüvvət, cansağlığı və uğurlar arzulayıram.

Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir.

Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində Sizin şəxsi səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi xüsusi qeyd etmək istərdim.

Gürcü və Azərbaycan xalqları arasında ənənəvi dostluq Gürcüstan üçün çox dəyərlidir. Bu, ölkələrimizin mehriban qonşuluq və yaxın tərəfdaşlıq münasibətlərinin inkişafı üçün mühüm amildir.

Qətiyyətlə inanıram ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq həmişə regionun sabitliyinə, tərəqqisinə və rifahına güclü təminat olacaqdır.

Şadam ki, xüsusən son dövrlərdə əməkdaşlığımızın yüksək səviyyəsi ümumi maraq kəsb edən bir sıra sahələrdə birgə uğurlu işlərimiz üçün möhkəm zəmin yaratmışdır.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Gürcüstanla Azərbaycan arasında qardaşlıq, dostluq, tərəfdaşlıq əlaqələri inkişaf edir, dərinləşir və bu işdə Sizin şəxsi töhfəniz çox böyükdür. Belə bir nümunəvi qardaşlığa görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək, son nəticədə ölkələrimizə firavanlıq, sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluğa və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcəklər.

Əziz dostum, hörmətli Prezident, icazə verin Sizə öz səmimi ehtiramımı bir daha ifadə edim. Sizə rifah və Azərbaycan Prezidenti kimi qarşıya qoyduğunuz məqsədlərə çatmaqda uğurlar arzulayıram".

11:38

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Həyatınızın əlamətdar günü – 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Bu xoş gündə qeyd etmək istəyirəm ki, Sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində Sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.

İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda Sizin adınızla bağlayırlar.

Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik.

Əziz dost, Sizə səmimi qəlbdən uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və qardaş Azərbaycanın firavanlığı naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

11:36

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.

Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.

Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə Sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram".

11:31

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir dəfə Siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.

Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm.

Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq.

Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında Sizi tez-tez görməyə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram".

11:28

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.

Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə toplantısında layiq görüldüyünüz "Türk Dünyasının Ali Ordeni" qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.

Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.

Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib, Sizi həyatınızın bu unudulmaz günü münasibətilə bir daha təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və daha böyük tərəqqi arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2361   Tarix: 23 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

9 noyabr
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

8 noyabr
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr