DƏHŞƏTLİ HADİSƏ: 3 körpə evin içində yanaraq öldü, səbəb isə...
Mənzillərin isidilməsində insanlar kombilərlə yanaşı, qazla işləyən istilik sobalarından da istifadə edirlər. Lakin bu halda diqqətli olmaq lazımdır. İstismara verilən zaman edilən hər hansı bir müdaxilə həyatınız bahasına başa gələ bilər. Məsələn, Türkiyənin İzmir şəhərində dəhşətli yanğın hadisəsi baş verib. Hadisəyə məhz istilik sobasının səbəb olduğu ehtimal edilir.
Sonxeber.az-ın "DHA" agentliyinə istinadən verdiyi məlumata görə, yanğında 3 azyaşlı uşaq ölüb.
Hadisə şahidi olan qonşu Ayten Özadır 2 yaşlı əkizlərin və 3 yaşlı oğlan uşağının alovlar içərisində qaldığını söyləyib:
"Yanğının sobadan başladığını düşünürük. Uşaqlar içəridə idi. Evə girməyə çalışdım, amma alov hər yerə yayılmışdı. Ona görə də içəri girə bilmədim. Üç uşağın bir-birini qucaqlayıb ağladığını gördüm, amma xilas edə bilmədim. Yanğınsöndürən gecikdi, 1 saata gəldilər. Uşaqlar yanğınsöndürənlərin məsuliyyətsizliyindən öldü. Mən içəri girmək istəyəndə gəlsəydilər, bəlkə də uşaqlar indi sağ olardı".
Qeyd edək ki, yanğın 1 saata söndürülüb. Yanğın zamanı isə uşaqların valideynlərinin evdə olmadığı bildirilir.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1332 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə
25 avqustTısbağanı ayağı ilə əzib öldürən qadın saxlanıldı - VİDEO
Türkiyənin Zonguldak vilayətinin Ereğli rayonunda tısbağanı ayağındakı çəkmə ilə əzərək öldürdüyü görüntüləri sosial şəbəkələrdə yayılan Arzu S. (37) saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının evin içərisində tısbağanı təpiklərlə vurduğu və ayağındak
26 avqustQəssabda 400 kiloqram xarab ət aşkarlandı
Türkiyənin Bodrum rayonunda ətrafa yayılan pis qoxu ilə bağlı edilən şikayət əsasında hərəkətə keçən bələdiyyə zabitləri bağlı vəziyyətdə olan qəssab dükanının anbarında təxminən 400 kiloqram xarab ət aşkarlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bodrumun Gümbet məhəlləsi, Sadi Irmak küçəsind
27 avqustCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqustMənzilə girib qutuları oğurladılar, içindən görün nə çıxdı - VİDEO
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda kaskalı 3 şübhəli mənzilin qapısını sındıraraq içəri daxil olub və içərisində narkotik həblərin olduğu 3 böyük qutunu oğurlayaraq motosikletlə hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Böyükdərə məhəlləsi
21 avqust