Azərbaycan icması fransalı siyasətçilərin məsuliyyətsiz addımına etiraz ediblər
Fransada yaşayan Azərbaycan icması Fransa prezidentliyinə namizəd Valeri Pekrezin fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə sərt etirazını bildirib.
Diaspora Komitəsindən "Report"a verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) yaydığı bəyanatda bildirilib ki, Azərbaycan icması olaraq prezidentliyə namizəd Valeri Pekrezin, senator Bruno Riteiro və Avropa Parlamentinin keçmiş deputatı Mişel Barnyenin Azərbaycan Respublikasının Qarabağ bölgəsinə qanunsuz səfərini və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejimin liderləri ilə görüşünü qətiyyətlə pisləyirlər: "Bu məsuliyyətsiz siyasi addım Qafqaz regionunda möhkəm sülhə nail olmağa çalışan Azərbaycan və Ermənistan dövlət başçılarının son yaxınlaşması kontekstində xüsusilə dağıdıcı və təhlükəlidir".
Soydaşlarımız xanım Pekrezə xatırladıblar ki, Fransanın prezidenti seçiləcəyi təqdirdə, bu səfər onu sülh prosesinin gələcək iştirakçısı kimi nüfuzdan salacaq və Fransanı istənilən beynəlxalq danışıqlardan kənarlaşdıracaq.
Nəzərə çatdırılıb ki, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşünə öz töhfəsini verib. "Beynəlxalq münaqişələrdə Fransanın vasitəçilik ənənələrinə sadiq qalan, seçki maraqlarının toqquşmasının hər hansı instrumentallaşdırılmasından imtina edən fransızlar onun hörmətli və məsuliyyətli yanaşmasını yalnız alqışlaya bilər", - deyə FAKŞ üzvləri vurğulayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 812 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
1 noyabrİki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəv
31 oktyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabrİraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
1 noyabrOpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabr