İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdıABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəvi ağrılar çəkdiyini bildirib.

30 sentyabrda həyata keçirilən edam prosesi zamanı həkim heyəti zəhərli maddəni yeritmək üçün qadının venasını tapmaqda ciddi çətinlik çəkib və 10-a yaxın cəhd edib. Vurulan iki doza "pentobarbital" maddəsinə baxmayaraq ölməyən Payk koma vəziyyətində xəstəxanaya çatdırılıb və süni tənəffüs aparatına qoşulub. Oktyabrın ortalarında özünə gələrək həbsxanaya qaytarılan məkum vəkilləri vasitəsilə baş verənləri təsvir edib.

"Edam otağına ölməyə və taleyimlə barışmağa hazır halda girdim. Bir neçə gün sonra xəstəxanada tək, çaşqın və şiddətli ağrılar içində gözümü açdım. O gecədən bəri ağrımayan bir anım da yoxdur. Bədənim, boğazım və əllərim sızıldayır, danışmaqda çətinlik çəkirəm. Ruhum və zehnim də dəhşətli əzab çəkir", - o bildirib.

Qeyd edək ki, məhkumun vəkilləri edam cəhdindən sonra Paykda ağciyər iltihabı və qan laxtalanması kimi ağır fəsadların yarandığını bildirərək cəzanın ömürlük həbslə əvəz olunmasını tələb edirlər. Hadisə ilə bağlı müstəqil təhqiqat başladılıb, Tennessi qubernatoru Bill Li isə ştatdakı bütün edam proseslərini müvəqqəti olaraq dondurub.

Xatırladaq ki, Krista Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerə işgəncə verərək öldürməkdə günahlandırılaraq edam cəzasına məhkum edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 121   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30 oktyabr
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30 oktyabr
.

Financial Times: "Google süni intellektə 51 milyard dollardan çox vəsait xərcləyir"

Google-un ana şirkəti Alphabet süni intellekt və bulud infrastrukturu üçün xərclərini kəskin artırıb. Financial Timesın məlumatına görə, şirkətin süni intellektə yönəltdiyi böyük investisiyalar investorların narahatlığına səbəb olub. Alphabet-in əməliyyat gəliri bazar gözləntilərini doğrultmayıb və şirkəti

29 oktyabr
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29 oktyabr
.

UKMTO: Hörmüz boğazında gəmi yanıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya

29 oktyabr
.

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb. "Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsind

30 oktyabr
.

G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-də toplaşıb - Qlobal iqtisadiyyat və təhlükəsizlik müzakirə olunur

Dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirən G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-nin Corciya ştatının Atlanta şəhərində iki günlük görüşə başlayıblar. Oktyabrın 30-31-də keçirilən toplantıda qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi, beynəlxalq ticarət və təchizat zəncirlərinin dayanıqlılığ

30 oktyabr
.

Avropada sərt qış vəd edən qədim təqvim

XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"

31 oktyabr
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31 oktyabr