Azərbaycan dənizçisi özünü gəmidən ataraq intihar etdi
Azərbaycan dənizçisi intihar məqsədilə özünü Qazaxıstan limanında gəmidən suya atıb.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
Bildirilib ki, ASCO Dəniz Nəqliyyatı Donanmasına aid "Qarabağ" gəmi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb.
29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
30 dekabr saat 08:45-də "Qarabağ" gəmisi reyddə lövbərdə dayanan vaxt üçüncü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.
Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq, dənizçi xilasedici dairəni tutmayıb.
Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1760 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə
25 avqustTısbağanı ayağı ilə əzib öldürən qadın saxlanıldı - VİDEO
Türkiyənin Zonguldak vilayətinin Ereğli rayonunda tısbağanı ayağındakı çəkmə ilə əzərək öldürdüyü görüntüləri sosial şəbəkələrdə yayılan Arzu S. (37) saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının evin içərisində tısbağanı təpiklərlə vurduğu və ayağındak
26 avqustQəssabda 400 kiloqram xarab ət aşkarlandı
Türkiyənin Bodrum rayonunda ətrafa yayılan pis qoxu ilə bağlı edilən şikayət əsasında hərəkətə keçən bələdiyyə zabitləri bağlı vəziyyətdə olan qəssab dükanının anbarında təxminən 400 kiloqram xarab ət aşkarlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bodrumun Gümbet məhəlləsi, Sadi Irmak küçəsind
27 avqustCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqustMənzilə girib qutuları oğurladılar, içindən görün nə çıxdı - VİDEO
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda kaskalı 3 şübhəli mənzilin qapısını sındıraraq içəri daxil olub və içərisində narkotik həblərin olduğu 3 böyük qutunu oğurlayaraq motosikletlə hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Böyükdərə məhəlləsi
21 avqust