Dünyanın ən amansız 5 CANİSİ: Ədəbiyyat müəllimi, "əsrin adamı", "tanrı oyunu" quran həkim... - FOTO
Onlar dünyanın ən amansızlarıdır. Bəşər tarixinin ən canilərindən bəhs edəcəyik. 53 nəfərin qətlində təqsirli bilinən seriyalı qatil Andrey Cikatilo, karyerası boyunca 250 adamı öldürdüyü təxmin edilən həkim Harold Şipman və daha bir çoxları...
Sonxeber.az bəşər tarixinin 5 ən amansız seriya qatilini sizlərə təqdim edir:
Andrey Çikatilo
Ukrayna əsilli sovet seria qatili 1978-1990-cı illər arasında 53 nəfərin qətlinə görə məsuliyyətə cəlb olunmuşdu. Özünü və anasını alman əsgərləri bir neçə dəfə zorlamışdılar. İxtisasca ədəbiyyat müəllimi idi və əyalət universitetlərinin birində dərs deyirdi. Öz etirafına görə, 56 adam öldürməyə cəhd edib və onlardan 53-ü öldürərək arzusuna çatıb. Qurbanlarının əksəriyyəti qadınlar idi, onlar cinsi zorakılığa məruz qalırdı. Qorxu içində öldürürülürdü. Çikatilo qurbanlarını öldürdükdən sonra onların üzərinə gəlincik qoyub aradan çıxırdı. Çikatilo 1994-cü il fevralın 14-də başından güllə ilə vurularaq edam edilir. Beləcə, sovet krimonologiyasında "Çikatilonun qara erası" başa çatır.
Harold Şipman
15 yaşlı xəstəsini öldürməkdə təqsirli bilinən Şipman həkimlik "karyerası" ərzində 250 adamı öldürüb. Daha doğrusu, bu ehtimaldır, daha çox da ola bilər. Pasiyentlərini əvvəlcə sağaldıb, sonra öldürməkdən həzz alırmış. Özü buna "Tanrı oyunu" deyirmiş. Uzun müddət reabilitasiya mərkəzində müalicə olunduqdan sonra həkimlik karyerasını qaldığı Donneybrook Sağlamlıq Mərkəzində davam etdirib. Keçmiş həkim və serial qatil olan Harold Şipmanın 236 xəstəsini öldürdüyü öyrənildikdə bir çox kriminal ekspertlər onu buna sövq edən səbəblərin üzə çıxarılması üçün illər boyu uzun araşdırma aparmağa başlayırlar. İngiltərədə məşhur cinayət mütəxəssisi Dam Smit uzun araşdırmalar nəticəsində bunun səbəbini tapdı. Onun iddiasına görə, Şipman törətdiyi cinayətlərdən həzz alıb və öldürməyə aludə olub. O, 2004-cü ildə doğum günündən bir gün əvvəl "intihar kamerasında" sevmədiyi həyatla vidalaşıb.
Ted Bundi
1974-1978-ci illər arasında ABŞ-ın müxtəlif yerlərində silsilə qadın cinayətləri törədilir. Cinayətlər oxşar üsulla törədildiyindən qətliam elementləri bir-birinə bənzəyir. Bu qətllərin Ted Bundi ilə əlaqəli olduğu müəyyən edilir. 10 ildən çox inkardan sonra Bundi otuzdan çox qətl törətdiyini boynuna alır.
Əvvəlcə Bundinin sosiopat olduğu düşünülür. Törətdiyi amansız qətllərə baxmayaraq, ABŞ mediasında təhsilli, yaraşıqlı və nəzakətli bir gənc kimi təsvir edilir. Budinin görünüşünə görə onun qurbanları əsasən gənc və gözəl qadınlar olub. Bundi 1989-cu ildə elektrik stulunda edam edilir.
Pedro Lopez Monsalve
"And canavarı" kimi tanınan serial qatil Kolumbiya, Peru və Ekvador üçbucağında 300 uşağı zorlayaraq öldürüb. Loper bu üç ölkədə yaşadığı dəhşətdən sonra öldürdüyü və təcavüz etdiyi insanların hər biri üçün maksimum bir ay həbsdə yatıb.
Onun 1980-ci ildə qətlə yetirdiyi 53 uşağın məzarı polis tərəfindən tapılır. 1999-cu ildə verdiyi müsahibədə özünü "əsrin adamı" kimi qələmə verib və yaxşı davranışına görə azadlığa buraxılmalı olduğunu bildirib. O, 53 uşağın ölümünə görə 1980-1998-ci illər arasında həbsdə yatsa da, sonradan azadlığa buraxılır. Bundan sonra 53 uşağın qatili Pedronu öldürənə 250 min dollar mükafat vəd edir. Həbsdən çıxdıqdan sonra ondan bir daha xəbər alınmır.
Edmund Kemper
Nekrofil seriyalı qatil kimi təsvir edilən Kemper hələ 15 yaşında olarkən nənə və babasını öldürür. O, ruhi xəstə cinayətkarlarının saxlandığı ən ağır rejimli həbsxanada cəza çəkirdi. Psixiatrlar onu sağaldığına inandırdıqdan sonra 21 yaşında sərbəst buraxırlar. O, 1970-ci illərdə anası da daxil olmaqla bir çox qadının ölümündə günahkar bilinirdi. Ən intellektual cani kimi (İQ 145) tanınır. 10 nəfərin ölümündə günahkar bilinir. Amma qətlə yetirdiklərinin sayı daha çoxdur. "Quzuların səssizliyi" filmi məhz Kemperin cinayətlərindən bəhs edir. Hazırda 73 yaşı olan cani 24 aprel 1973-cü ildə həbs edilib. Sağdır, ömürlük cəzaya məhkumdur. (publika.az)





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik - 2026-da...
Sabah hava necə olacaq? - PROQNOZ
Yeni İllə bağlı 5, yoxsa 7 gün iş olmayacaq? - RƏSMİ CAVAB
AİLƏ FACİƏSİ! Ata oğlunu təsadüfən avtomobillə VURARAQ ÖLDÜRDÜ
Xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş (FOTO)
Prezident bu ailələrə 200 manat birdəfəlik maddi yardım ayırdı
Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Bazarda aşağı qiymətə yeni növ peyda olub
Gəzməyə gedən 4 uşaq YOXA ÇIXDI
13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...
Dəniz Əsədova azadlığa buraxıldı
Həkim qəbuluna gələn rusiyalı adamyeyən poliklinikada ölüb
Vacib XƏBƏRDARLIQ - Qarşıdakı 3 gün...
Azərbaycanda qış fəsli başladı
"Yola çıxanda gördüm ki, canavar qadını tutub..." - Video
600 kilometr yol qət edərək komandasını təkbaşına dəstəklədi