Paşinyanın qızının 1 379 dollarlıq ayaqqabısı ermənilər arasında hiddət yaradıb - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın 1 379 dollarlıq ayaqqabısı ölkə əhalisi arasında geniş rezonans və hiddət yaradıb.
Bu barədə "Report" "Armday.am"a istinadən xəbər verir.
Belə ki, baş nazirin qızı Mariam Paşinyan dünya şöhrətli dizayner "Manolo Blahnik"in ayaqqabısını geyinərək onun şəklini sosial şəbəkədəki hesabında paylaşıb. Bu ayaqqabıların orta qiyməti təxminən 500 ABŞ dollarından başlayır. "Armday.am" saytı araşdırma zamanı müəyyən edib ki, baş nazirinin qızının geyindiyi ayaqqabının qiyməti 1 379 ABŞ dollardır.
"Ola bilsin, Mariam Paşinyan sonradan ayaqqabıların orijinal deyil, sadəcə ucuz növ olması barədə məlumat paylaşsın. Nəzərə alsaq ki, ölkədə həddindən artıq yoxsulluq hökm sürür və onun atasının imzaladığı kapitulyasiya səbəbindən bu gün çoxları hətta öz evindən, torpağından və övladından məhrumdur", - deyə sayt qeyd edib.
Bir çox ermənilər sosial şəbəkələrdəki hesablarında baş nazirin qızının bu cür dəbədbəli geyiminə birmənalı yanaşmayıblar. Onu qınayanlar, bu cür dəbdəbəli geyimlə bağlı araşdırmaların aparılması vacibliyini vurğulayanlar daha çox olub.
Qeyd edək ki, daha əvvəl Ermənistan diasporunun bəzi nümayəndələri Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər. Bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib. Videoda diaspor nümayəndələrindən birinin baş nazirin qızının istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. "Onun atası 5 min insanı öldürüb", - diaspor nümayəndələrindən biri Paşinyanın qızına həqarətlə deyib.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3324 Tarix: 01 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrCOP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31 oktyabrSankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
1 noyabr79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
1 noyabrİraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
1 noyabr