Müəllim zorakılığının qarşısı necə alınmalıdır? - AÇIQLAMA

Müəllim zorakılığının qarşısı necə alınmalıdır? - AÇIQLAMASon günlər artıq müəllimlərlə bağlı neçənci xoşagəlməz hadisədir ki, sosial şəbəkələrdə yer alır. Bundan öncə təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandıran zamana müəllimlərlə bağlı olan hadisələrdən xəbərdar olduqlarını qeyd edib. Düşünürdük ki, daha pedaqoqlar oxşar səhvlərə yol verməzlər. Lakin çox keçmədi və 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdi döydüyü görüntülər yayıldı. Saytımızın əməkdaşları həmin məktəblə əlaqə saxlamağa çalışsa da, zəngə cavab verən xanım özünü təqdim etmək istəməyib və bu barədə danışmayacağını bildirib.

Məsələ ilə bağlı Sonxeber.az-a sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva açıqlama verib.

O bildirib ki, direktorlar və ya müəllimlərin şagirdlərə qarşı fiziki, yaxud emosional zorakılıq davranışları yolverilməzdir və pedaqoji heyət tərəfindən "yetkinlik yaşına çatmamış şəxslərə" bu cür yanaşma doğru deyil, həmçinin, qınaq mənbəyidir:

"Son illərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımından təlim-tədris prosesində sərbəst mühitin yaradılması, daha dəqiq desək, şagirdlərə sərbəstliyin verilməsi, texnologiyanın inkişafı və şagirdlər tərəfindən nəzarətsiz istifadəsi müəllim-şagird-məktəb idarəedici münasibətlərində nəzərəçarpacaq dəyişikliklər yaradıb.

Həmçinin, nəzərə almaq lazımdır ki, bəzi şagirdlər üçün bu sərbəstliyin və ya "azadlığın" sərhədi yoxdur. Belə şagirdlər üçün başqaları tərəfindən bu sərbəstliyin məhdudlaşdırılması qəbuledilməzdir və gündəmi zəbt edən anlaşılmazlıqlar, fiziki və emosional zorakılıqlar, toksik münasibətlər formalaşdırır.

Həmçinin, bu kimi davranışlar məktəb və təlim prosesinin ab-havasına zərər verir, şagirdlərin sağlam emosional-psixoloji inkişafına mane olur, bəzən isə aqressiv və cinayət xarakterli davranışlara da gətirib çıxarır.

Problem yalnız müəllim və ya məktəb idarəedicilərinin şagirdlərə təzyiq etməsindən və ya məhdudlaşıdırıcı təsirindən qaynaqlanmır, bəzən təmamilə şagirdyönümlü olaraq da yarana bilir.

Cəmiyyətdə və ailədə baş verən neqativ hallar və zorakılıq meyilləri şagirdlərə, əsasən də yeniyetməlik çağında olanlara, ciddi mənfi təsir göstərir. Ən mənasız mövzuları belə zorakılığa çevirməyə meyilli olan gənclər yalnız zorakılıq mənbəyi deyil, həm də şiddətin təsirinin mərkəzidirlər.

Son bir neçə ildə məktəblərimizdə zorakılıq hallarının sayı və həcmi kifayət qədər artıb. Texnologiyanın inkişafı bu kimi hadisələri asanlıqla qeydə almağa və sosial şəbəkələrdə paylaşmağa imkan verir. Azərbaycan cəmiyyəti hər zaman bu tip hadisələrə həssasdır və belə hallar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Onların baş verməsinin əsas səbəbləri kimi mənəvi dəyərlərin aşılanmamasını, təhsil sitemimizdə müəllimlərin əksəriyyətinin şagirdlərə subyekt kimi yanaşmasını və öyrənmənin keyfiyyətinə emosional təyziqin yaxşı təsir etməsini düşünmələrini, onların yüksək pedaqoji-psixoloji hazırlıqlarının olmamasını, bəzən isə müəllimin şəxsi-emosional vəziyyətini təlim prosesinə yansıtmasını göstərmək olar.

Zorakılğın mövcud olduğu hər yerdə onun dağıdıcı və neqativ təsiri müşahidə olunur, lakin bu, təhsil prosesində daha ciddi fəsadlar törədir və sağlam təlim prosesinin formalaşmasına mane olur.

Kasıb və ya inkişaf etmiş ölkələrin təhsil sistemində bu problem eyni dərəcədə mövcuddur və cinsindən asılı olmayaraq, şagirdlərə eyni mənfi təsiri göstərir.

Məktəbdə müəllim və məktəb idarəediciləri tərəfindən tətbiq olunan zorakı davranışlara cismanı cəza, emosional və psixoloji təsir və təzyiq, təhqir və qorxutmaq kimi hərəkətlər aiddir, bunlar da şagirdlərin şəxsiyyət kimi formlaşmasına və təhsil nəticələrinə mənfi təsir göstərir.

Bu videoların sosial şəbəkələrdə və mediada çox sayda yayılması da sual doğuran məqamlardandır.

Lakin mən bunun bilərəkdən edildiyi düşüncəsində deyiləm və yenə də, qeyd etdiyim kimi, bu, əsasən texnologiyanın inkişafı ilə bağlıdır və adətən qərəzli xarakter daşımır.

Lakin təəssüflə bildirmək lazımdır ki, texnologiyanın həddən artıq asan olan imkanlarından istifadə etməklə istənilən insan haqqında mənfi ictimai düşüncə formalaşdırmaq mümkündür. Ümumiyyətlə, bunun bir kampaniya olduğu fikrindən uzağam və müəllimlərin gözdən salınmasına, şərəf və ləyaqətinin alçaldılmasına yönəldiyi düşüncəsində deyiləm.

Azərbaycan cəmiyyəti hər zaman müəllim zümrəsinə hörmətlə yanaşıb və bu ənənələri bacardığı qədər yaşatmağa çalışır. Son illər cəmiyyətdə rifah səviyyəsinin yaxşılaşmasına, texnologiyadan istifadə imkanlarının çoxalmasına və geniş təhsil imkanlarına baxmayaraq, məktəblərdə zorakılıq halları artmaqdadır və təəssüf ki, bu vəziyyətin qarşısını ala bilmirik.

Cəmiyyətdə müxtəlif ünsiyyət vasitələrinin üstünlük təşkil etməsi ilə bu zorakılıq gənclərə və uşaqlara ciddi neqativ təsir göstərir. Qəbul etməsək də, inanmaq istəməsək də, məktəblərdə zorakılıq halları olduqca yayğındır və bu vəziyyətdən həm şagirdlərin, həm də ailələrin bir çoxu narahat olur. Cəmiyyətə yansıma təzahürlərini nəzərə aldıqda isə, artıq şiddətin "sosial linç" mədəniyyətinə çevrilməsinə başladığını söyləyə bilərəm.

Zorakılıqların aradan qaldırılması istiqamətində bir çox ölkələr tələbələrə əməkdaşlıq, ikitərəfli münasibətlərdə vasitəçilik və münaqişələrin həlli üsullarını öyrədən proqramlar təklif edir.

Zorakılığın məktəb divarları arasında baş verməməsi üçün məktəb rəhbərləri lazımi tədbirləri görməli və mübarizə aparmalıdırlar. Əks halda zorakılıq "tərbiyə forması" kimi yayılmağa başlaya bilər. Halbuki zorakılıq tərbiyəsizliyin əlamətidir. Şiddət davranışını öyrənən fərdlər bu davranışları yalnız təhsillə aradan qaldırıla bilər.

Məktəbdə zorakılığın qarşısını almaq üçün müəyyən işlər görmək mümkündür:

- Məktəbdə risk faktorları ilə bağlı davranışlar müəyyən edilməsi və, müvafiq olaraq, məktəbdə bu istiqamət üzrə fəaliyyət planının hazırlanması,

- Ehtiyacı olan şagirdlər üçün psixoloji məsləhət və konsultasiyaların aparılması,

- Ehtiyacı olan şagirdlərin müsbət mənada ictimai fəaliyyətə yönləndirilməsi,

- Ehtiyacı olan şagirdlərin ailələri ilə fərdi görüşlərin keçirilməsi və bu məqsədlə seminarların təşkili,

- Məktəb rəhbərliyinin, müəllim və şagirdlərin iştirakı ilə effektiv məktəb qaydalarının müəyyən edilməsi və bu qaydalara əməl olunmasında məsuliyyətin nümayiş etdirilməsi və s.

Məktəbdə zorakılığın qarşısının alınması, ilk növbədə, təhsil işçilərinin (məktəb rəhbərləri, müəllimlər və s.) bu məsələdə planlı və ardıcıl şəkildə iş aparmasını tələb edir.

Ailənin bu məsələlərdə diqqətli olması və həssaslıqla bu problemlərin həllinə kömək etməsi də xüsusi əhəmiyyət kəsb edir.

Həmçinin, zorakılığın baş verməsinin qarşısını almaq üçün bütün məktəb işçilərinə münaqişələrin həlli, vasitəçilik və müsbət nizam-intizam qaydalarının yaradılması kimi mövzularda təlimlər keçirilməli və peşəkarlıq səviyyəsi təkmilləşdirilməlidir.

Məktəbdə zorakılığın qarşısının alınması ünsiyyətdən başlayır və təhsil prosesinin bütün iştirakçıları bu halların qarşısının alınmasında bərabər məsuliyyət daşıyırlar".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1928   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr