Almatı merinin vəzifələrini icra edənin avtomobili atəşə tutulub, ölən və yaralılar var
Qazaxıstanın Almatı şəhərinin meri səlahiyyətlərini icra edən Bakıtjan Saqintayev bildirib ki, ölkədə iğtişaşlar zamanı naməlum şəxslər onun, həmkarlarının və Almatı telekanalının əməkdaşlarının olduğu avtomobillərə atəş açıblar.
"Report" xəbər verir ki, bu barədə "orda.kz" nəşri məlumat yayıb.
Açılan atəş nəticəsində "Almatı" telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən meriyanın məsul işçiləri - idman idarəsinin rəisi Rüstəm Bayseitov və dini idarənin rəisi Nurlan Kikimov yaralanıb.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1078 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30 oktyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrOpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrAvropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31 oktyabr