Avropada sərt qış vəd edən qədim təqvim

Avropada sərt qış vəd edən qədim təqvimXVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum" nəşri məlumat yayıb.

Proqnozlara görə, 2026-cı ildə Avropada kənd təsərrüfatı ciddi çətinliklərlə üzləşib. Bir sıra bölgələrdə uzunmüddətli quraqlıq, torpaqda rütubətin azalması və 40 dərəcəni aşan istilər məhsuldarlığa mənfi təsir göstərib. Xüsusilə Macarıstanın cənub-şərqində qarğıdalı əkinləri zərər görüb və bəzi ərazilərdə bu məhsulun yetişdirilməsi iqtisadi baxımdan əlverişsiz hala gəlib.

Mövcud meteoroloji modellər isə qarşıdakı qışın daha yumşaq keçə biləcəyini göstərir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) qiymətləndirməsinə əsasən, dekabr və yanvar aylarında temperatur iqlim normasından 2-3 dərəcə yüksək ola bilər. Eyni zamanda, yağıntıların miqdarının artacağı gözlənilir. Bu isə quraqlıqdan əziyyət çəkən kənd təsərrüfatı üçün müsbət amil sayıla bilər.

Bununla belə, XVII əsrdə yaşamış abbat Mauritsius Knauerin müşahidələrinə əsaslanan alman 100 illik təqvimi fərqli mənzərə təqdim edir. Həmin təqvimə görə, ilk qar dekabrın 1-də yağa bilər. Bir neçə küləkli və fırtınalı gündən sonra dekabrın 5-də qar yağışının təkrarlanacağı, ayın 19-dək isə kəskin soyuqların davam edəcəyi bildirilir.

Təqvimdə Milad bayramı ərəfəsində yağışlı hava, qarın isə əsasən Avropanın dağlıq ərazilərində müşahidə olunacağı proqnozlaşdırılır. Həmçinin yaz aylarında tırtıl və digər zərərvericilərin çoxalacağı, havanın isə mart ayınadək isinməyəcəyi iddia edilir.

Qeyd edək ki, 100 illik təqvim elmi meteoroloji proqnozlaşdırma metodu deyil. Buna görə də onun qışla bağlı ehtimallarını dəqiq hava proqnozu kimi qəbul etmək olmaz.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 173   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Britaniyanın Xarici İşlər Nazirindən G20 sammitində Lavrova GÜLLƏ KİMİ SÖZLƏR: "Siz işğalçısınız"

Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband G20 sammitində rusiyalı həmkarı ilə mübahisə edib. Sky News-a istinadən xəbər verir ki, Miliband Corciya ştatının Atlanta şəhərində keçirilən görüşdə birbaşa Sergey Lavrova müraciət edərək deyib: "Hamımız bilirik ki, siz təcavüzkarsınız". O

31 oktyabr
.

Bəşəriyyət növbəti buz dövrünün başlamasının qarşısını alıb

Təxminən 200 il əvvəl Yer kürəsində buz təbəqələri əmələ gəlməyə başladı və bu da yeni buz dövrünün başlanğıcını qeyd etdi. Lakin nəhəng dərilərin və petroqliflərin geri qayıtmasını gözləməməliyik. 20-ci əsrdə iqlim dəyişikliyi buz təbəqələrinin əriməsinə səbəb oldu və bu proses dayandı. xəbər veri

31 oktyabr
.

İtalyanlar əfsanəvi Ferrari obrazını yeni superkarda canlandırdılar

1978-ci ildə Paduada Ferrari-nin satışı və texniki xidməti ilə məşğul olan İtaliya şirkəti Michelotto, 4-cü və B qrup rallilərində iştirak etmək üçün orta mühərrikli Ferrari 308 GTB kupeləri əsasında öz dizaynlı avtomobillər istehsal etməyə başladı. xəbər verir ki, bu avtomobillər 1986-cı ilə qədər müxtəli

31 oktyabr
.

Cənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib

Cənubi Koreyanın xüsusi prokurorlar qrupu qiyam və hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı iş üzrə apellyasiya prosesi zamanı ölkənin sabiq prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib. "Report" "Yonhap"a istinadən xəbər verir ki, xüsusi prokuror Ço In-sokun komandası bu tələb

29 oktyabr
.

Pentaqonun keçmiş rəhbəri İran və Ukrayna ilə bağlı məxfi məlumatları sızdırdığını etiraf etdi

Pentaqondan işdən çıxarılan ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəisi general-leytenant Brett Silviya bir il ərzində Ukrayna və İran haqqında məxfi məlumatları müxtəlif media qurumlarından iki jurnalistə ötürdüyünü etiraf edib. xəbər veri

30 oktyabr
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30 oktyabr
.

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo

29 oktyabr
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30 oktyabr
.

Kanada və Aİ ittifaq yaratdıqlarını elan etdilər

Kanada və Avropa Birliyi artan geosiyasi qeyri-sabitlik və ticarət münaqişələri fonunda iqtisadi və siyasi müstəqilliklərini gücləndirmək üçün ittifaq yaratdıqlarını elan ediblər. xəbər verir ki, Monrealda iki günlük sammitdən sonra Kanadanın Baş naziri Mark Karni və Avropa Komissiyasının prezident

31 oktyabr