Ermənistanda müharibədə ölən hərbçilərin qalıqları zirzəmiyə atılıb - Cinayət işinə xitam verilib
Ermənistanda 44 günlük müharibədə həlak olmuş əsgərlərin cəsədlərini və qalıqlarını zirzəmiyə atmağa görə heç kim məsuliyyət daşımayacaq. Bu ölkənin İstintaq Komitəsi hərbçi meyitlərinin zirzəmidə saxlanılmasının normal olduğu qənaətinə gəlib və cinayət işinə xitam verilib.
"Qafqazinfo" xəbər verir ki, bunu İkinci Qarabağ müharibəsində məhv edilsələr də, adları itkin düşənlərlərin siyahısında yer alan, sonradan qalıqları tapılaraq Ermənistana aparılan hərbçilərdən birinin yaxın qohumu Arsen Quqasyan İravunk.com saytına müsahibəsində deyib.
Hərbçilərin yaxınları adından danışan Arsen Quqasyan əminliklə bildirib ki, bununla bağlı cinayət işinin başlanması iyrənc hadisəyə görə məsuliyyət daşıyan şəxslərin əməllərinə hüquqi qiymət vermək yox, yalnız ictimai narazılığı azaltmaq məqsədi daşıyıb.
"Biz Azərbaycan tərəfinin göstərmədiyi münasibəti Ermənistanda gördük. Abovyan meyitxanasında baş verənlərə görə cinayətkarların cavab verməsini tələb edirik, hüquq-mühafizə orqanlarının bu məsələdə geri çəkilməyə haqqı yoxdur.
Bu məsələdə də geri çəkilsək, boynumuza kəndir keçirməliyik", - deyən Quqasyan ölkə miqyasında etiraz hərəkatlarına başlayacaqlarının anonsunu verib.
Qeyd edək ki, 2021-ci il dekabrın 31-də erməni hərbçilərinin qalıqlarının Abovyan şəhərindəki meyitxananın zirzəmisində saxlandığı barədə infomasiya geniş ictimaiyyətə məlum olub. Ermənistan Səhiyyə Nazirliyi ictimailəşən faktı etiraf etməkdən başqa yol qalmadığına görə DNK testindən keçirilən qalıqların yaxınları tərəfindən dəfn edilmək üçün aparılmasını gözlədiklərini bildirdi. Ardınca isə Məhkəmə Tibbi Elmi-Praktiki Mərkəzi Abovyan şöbəsinin müdirinin və iki əməkdaşının işdən çıxarıldığı elan edildi. Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə cinayət işinin açıldığı barədə məlumat verildi. Sonra məlum olub ki, işdə cinayət tərkibi olmadığı üçün prokurorluqda cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2129 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrHindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza
18 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabr