SSRİ-də ilk terror aktı - ermənilərin 1977-ci ildə partlatdığı Moskva metrosu

SSRİ-də ilk terror aktı - ermənilərin 1977-ci ildə partlatdığı Moskva metrosu1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə törədilən qanlı terror hadisəsini erməni terrorçularının planladığı və reallaşdırdığı təsdiqlənib

Erməni terrorçuları 1970-ci illərdən 1990-cı illərin əvvəllərinədək Türkiyə, ABŞ, Fransa, İtaliya, Almaniyadan tutmuş Livanadək dünyanın müxtəlif dövlətlərində terror aktları həyata keçiriblər. Nəticədə, yüzlərlə insan həyatını itirib və ya yaralanıb. Hətta o vaxt, daha dəqiq desək, 1982-ci ilin avqustunda ABŞ Dövlət Departamentinin aylıq bülletenində "erməni terrorizmi" terminindən istifadə edilmişdi. Ermənilərin həyata keçirdiyi terror aktlarından danışarkən ağıla ilk gələn terror təşkilatı ASALA-dır. Lakin "Yeni erməni müqaviməti", "Erməni gizli azadlıq ordusu", "Orli qrupu", "Gənc ermənilər ittifaqı" kimi terror təşkilatları da 1990-cu illərin əvvəllərinədək qanlı terror aktları törədərək bədnam ad qazanıb. Erməni terrorçuları bir zamanlar dünyanın ən sabit, təhlükəsiz və qüdrətli dövlətlərindən biri olmuş SSRİ-də belə partlayışlar törədibmiş.

Erməni terrorizminin tarixdəki növbəti izi "Kaspi" qəzətinin məqaləsində.

Moskva metrosunda terror

1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğu işə düşüb. Bundan sonra şəhərin müxtəlif hissələrində daha iki partlayış törədilib. Sovet rəhbərliyini şoka salan bu terror aktları nəticəsində 7 nəfər ölüb, 30 mülki şəxs isə yaralanıb. Rusiyanın tanınmış "Svobodnaya Pressa" nəşrində İvan Rıbinin 45 il əvvəl törədilmiş bu terror aktları haqda məqaləsi dərc edilib.

Müəllif 1977-ci ilədək Sovet İttifaqında terror hadisələrinin baş vermədiyini qeyd edir. O, Moskvada baş vermiş terror aktlarından sonra həm SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, həm də Xalq Daxili İşlər Komissarlığının dərhal istintaq-əməliyyat tədbirlərinə başladığını vurğulayır.

Qeyd edək ki, o vaxt sadə insanlar terror aktlarının törədilməsində Baltikyanı ölkələr və ya Qərbi Ukraynadan olan insanlardan şübhələnirmiş. İ.Rıbin qeyd edir ki, sonradan bu iddiaların doğru olmadığı üzə çıxıb.

İzlər Yerevana aparır

Məqalədə qeyd edilir ki, o vaxt çekistlər hər yeri axtarırdılar: "İstintaq zamanı general-leytenant Vadim Udilovun rəhbərlik etdiyi qrup fərqlənərək, partlayıcı qurğunun hazırlandığı əşyanı tapmağa nail olub. Üstəlik, bombanın saxlanıldığı çanta da müəyyən edilib. Hər iki iz Yerevana aparırdı...".

Daha sonra 1977-ci il noyabrın 2-də Kursk vağzalında sahibsiz çanta tapılıb. Müəllif qeyd edir, axtarışlar nəticəsində dördüncü bombanı tapmaq mümkün olub: "Amma terrorçuların səhlənkarlığı üzündən həmin bomba partlamayıb. Çekistlər partlayıcı qurğunu vağzaldan çıxarmağa nail olub. Partlayışın güclü olacağını düşünən terrorçular çantadan paltarlarını çıxartmamışdı. Nəticədə, onların kimliyi müəyyən edilib. Daha sonra Yerevana gedən qatarda işçi Akop Stepanyan və rəssam Zaven Baqdasaryan saxlanılıb. Onlar ilkin dindirilmə zamanı terror aktlarına rəhbərlik etmiş şəxsin adını da açıqlayıblar. O, Stepan Zatikyan imiş".

Məhkəmədə antisemit fikirlər və terrorçuların sonu

S.Zatikyan "Ermənistan Vahid Milli Partiyası"nın rəhbərlərindən biri olub. Bu terror təşkilatı guya Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparırdı. İ.Rıbin vurğulayır ki, bu terror təşkilatı hətta Türkiyə torpaqlarına belə iddia edirmiş: "Bəs bunu necə edəcəkdilər? Yəqin, xəritəni qayçı ilə kəsmək yolu ilə. Çünki başqa variant yox idi".

Məqalədə qeyd edilir ki, Stepanyan və Baqdasaryandan fərqli olaraq, Zatikyan öz günahını etiraf etməyib. Bundan əlavə, o, məhkəmədə "unikal" fikirlər də səsləndirib: "Mən dəfələrlə bildirmişəm ki, sizin məhkəməni tanımıram və müdafiəçiyə ehtiyac duymuram. Mən müttəhim deyil, ittihamçıyam. Sizin məni mühakimə etmək haqqınız yoxdur. Çünki jidorusiya imperiyası (yəhudiləri təhqir etmək məqsədilə "jid" sözündən istifadə edilir – müəllif) hüquqi dövlət deyil...".

İ.Rıbin xatırladır ki, daha sonra Zatikyan və onun əlaltıları güllələnib: "Xalq başqa hökmü qəbul edə bilməzdi. Çünki onların əli çox insanın qanına batıb. SSRİ-də senzuranın olmasına və qəzetlərin bu haqda məlumat verməməsinə baxmayaraq, hər kəsin bundan xəbəri var idi".

SSRİ-də ermənilərə münasibətin dəyişməsi

Müəllif vurğulayır ki, Moskvada baş vermiş terror aktlarından sonra sadə insanlarda ermənilərlə bağlı suallar ortaya çıxıb: "Üstəlik, erməni millətçiləri iddia edirmiş ki, guya məhz Ermənistan Rusiyanı təmin edir. Amma Ermənistanda istehsal edilmiş məhsulların keyfiyyəti hər kəsə məlum idi. Məhz buna görə SSRİ-də fəaliyyət göstərmiş təşkilatlar Ermənistan Avtomobil Zavodunun istehsal etdiyi məhsulları almamağa çalışırmış. Çünki bu avtomobillər dərhal xarab olurdu".

Məqalədə qeyd edilir ki, SSRİ Dövlət Bankında baş vermiş ən böyük soyğunçuluq da ermənilərin adı ilə bağlıdır: "Bu hadisə 1977-ci il avqustun 5-də baş verib. O vaxt Nikolay Kalaçyan və Feliks Kalaçyan xalqdan təxminən yarım milyon rubl vəsait oğurlayıb! Bu, həmin dönəmdə çox böyük vəsait idi".

İ.Rıbin qeyd edir ki, Sovet dönəmində Ermənistanda istehsal edilmiş digər məhsulların keyfiyyəti də sual doğururmuş.

Müəllifin sözlərinə görə, bütün bunlara rəğmən, Spitakda baş vermiş zəlzələdən sonra ruslar Ermənistan SSR-yə qış üçün üçün paltarlar, qida məhsulları göndərib, könüllülər isə xarabalıqları təmizləmək və insanları xilas etmək məqsədilə Spitaka yollanıb.

O, zəlzələnin baş verdiyi şəhərdə binaların keyfiyyətsiz olmasında da məhz ermənilərin günahının olduğunu vurğulayır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2516   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay

18 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi

Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını

18 oktyabr