Bu gün Bakıda ət neçəyə satılır? - QİYMƏTLƏR dəyişir - VİDEO
Son günlər bölgələrdə heyvan bazarında və bu ardıcıllıqla da paytaxtda ət dükanlarında qiymətlərin artdığı haqqında xəbərlər yayılıb.
Maraqlıdır ki, bu qiymət artımı özünü heç də bütün ət dükanlarında eyni səviyyədə göstərmir, bir sözlə, bəzi qəssablar artımı etiraf edir, bəziləri isə heç bir qiymət artımının olmadığını deyirlər.
Qəssab Tağı "Xəzər Xəbər"ə deyib ki, son günlər sosial şəbəkələrdə və mediada ətin bahalaşması ilə bağlı yayılan xəbərlər yalandır. Bu xəbərlərdə ətin qiymətinin hətta 50 faizə qədər qalxdığı deyilir. Halbuki ayrı-ayrı ət dükanlarında mal və qoyun ətinin qiymətində müşahidə edilən artım ən çox 1 manat ətrafındadır.
Bəzi qəssablar isə qiymət artımının təkcə qoyun-quzu ətində deyil, mal ətində də müşahidə olduğunu deyirlər. Lakin artım iddia olunduğu kimi 4-5 manat deyil.
Qiymət artımına gedən ət dükanları bunu bölgələrdə fermerlərin xərcinin artması ilə əlaqələndirirlər. Qəssablar deyirlər ki, mal-qara saxlamağın xərci artdığından, bölgələrdə satılan diri heyvanların da qiyməti artıb və bu da öz növbəsində ətin qiymətinə təsir edib.
Bazar mütəxəssisləri yaxın günlərdə qiymətlərin stabilləşəcəyini proqnozlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6337 Tarix: 18 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?
Azərbaycanda son günlər yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiyməti 1-4 qəpiyə qədər enib. Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qiymətləri
19 iyunZaqatalada DƏHŞƏTLİ QƏTL: 58 yaşlı kişi öldürüldü, kəndçisi saxlanıldı
Zaqatala rayonunda qətl hadisəsi baş verib. -ın məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımı
19 iyunFermerlər dələduzluğun qurbanı oldu: Onların tonlarla taxılını kim satıb?
Kürdəmirdə bir neçə fermer dələduzluğun qurbanı olub. Qaynarinfo xəbər verir ki, kənd təsərrüfatı məhsullarının pulunu qısa müddətdə ödəyəcəyini vəd edən Asif Şükürov (şərti) müxtəlif fermerlərdən tonlarla taxıl və arpa götürüb, daha sonra isə həmin məhsulları başqa şəxslərə sataraq əldə edilən vəsait
19 iyunTrampın Meloni barədə sözləri diplomatik qalmaqala səbəb oldu
ABŞ prezidenti Donald Trampın İtaliyanın baş naziri Corcia Meloninin onunla şəkil çəkdirmək istədiyi barədə açıqlamasından sonra Vaşinqton və Roma arasında diplomatik qalmaqal yaranıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır. "La7" telekanalına müsahibəsind
19 iyunİran danışıqların bərpası üçün ABŞ qarşısında şərt qoydu
İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. xəbər verir ki, CNN telekanalı bu məlumatı diplomatik mənbəyə istinadən yayımlayıb. Mənbənin sözlərinə görə, İran tərəfi imzalanmış razılaşmanın şərtlərin
19 iyunAzərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilm
19 iyun