Qazi adından sui-istifadə halları artıb - FOTO

Qazi adından sui-istifadə halları artıb - FOTOSon vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı tez-tez xəbərlər eşidirik. Kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir.

"Report" məsələ ilə bağlı araşdırma aparıb, yazı dərc edib. Hazırlanmış məqaləni təqdim edirik:

Müharibədə iştirak edən də, etməyən də "qazi" adından istifadə edir. Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan faydalanmağa çalışırlar.

Məsələn, son vaxtlar sosial şəbəkələr imtiyazlı şəxslərə verilmiş nömrəsiz avtomobillərin, sayrışan işıqlarla idarə olunan nəqliyyat vasitələrinin görüntüləri ilə dolub-daşır. Bu nəqliyyat sürücülərinin bəziləri özünü "qazi" kimi təqdim etməklə yol hərəkəti qaydalarını pozduqları zaman, yollarda olan xüsusi texniki vasitələrdən, kameralardan yayınmağa cəhd edirlər. Bu da öz növbəsində qayda pozuntusu və digər hərəkət iştirakçılarının hüquqlarının pozulması deməkdir. Yollarda "avtoşluq" edən "qazi" hər hansı qəza törətsə, hansısa yaxınımızı vurub qaçsa, nömrəsiz avtomobili idarə edən şəxsin kimliyi necə müəyyən olunacaq? Bütün bunları nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə açıqlama yayaraq bu cür hərəkətlər edən qaziləri qanunlara və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıb.
Qazi adından sui-istifadə halları artıb - FOTOQazi adından sui-istifadə edənlərin ən çox törətdiyi qanunsuzluqlardan biri də torpaq zəbt etməkdi. Xüsusilə, neft ərazilərindəki boş torpaq sahələri müxtəlif dələduzlar tərəfindən zəbt edilərək ev, obyekt tikilib daha sonra digər şəxslərə satılır. Bundan başqa qanunsuz tikinti işləri görmək istəyənlər də özünü qazi kimi təqdim edən dələduzların təklif etdiyi "xidmətlərdən" istifadə edir. Deyilənə görə, bunun müqabilində tikinti sahiblərindən 3-5 min manat pul alır, qarşılığında isə tikintinin başa çatdırılacağına, heç kimin müdaxilə etməyəcəyinə, bir sözlə, "hər şey mənlikdir" deyə söz verirlər. Digər aidiyyəti qurumlar qanunsuz işləri dayandırmaq istədikdə isə hay-küy salıb qalmaqal yaradaraq tikintilərin başa çatdırılmasına nail olurlar.
Qazi adından sui-istifadə halları artıb - FOTOBudur, onlardan biri Mahir adlı şəxs qazi olduğunu iddia edərək Xətai rayonu, Rəşid Bağırov küçəsində, Heydər Əliyev adına Neft Emalı Zavoduna məxsus yerüstü dizel xəttinin mühafizə zonasında qanunsuz zəbt edilən torpaq sahəsində ev tikdirir. Ətrafda yaşayan sakinlərin dediyinə görə, əslində tikintinin sahibi Eldar adlı başqa bir şəxsdir. Sadəcə qanunsuz işlərin tez bir zamanda başa çatdırılması işinə Mahir baxır. O, ətrafına topladığı bir neçə "qazilərlə" birlikdə, nəyin bahasına olursa-olsun tikintinin başa çatdırılacağını bildirir. "Yəni heç bir qanun-qayda tanımırıq və bizi heç kim dayandıra bilməz." Üstəlik özü də etiraf edir ki, indiyə kimi bu yolla xeyli sayda qanunsuz tikintiyə havadarlıq edib. Görünür qanunsuz əməllərinin cəzasız qalması onu bir qədər də həvəsləndirib.
Qazi adından sui-istifadə halları artıb - FOTODigər bir fakt. Sabunçu qəsəbəsində, neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edən qazi Elvin Zeynalov əvvəlcə özünə ev tikdiyini bildirsə də, inşaat işləri sona yaxınlaşdıqca, tikilinin ev yox, obyekt olduğu məlum olub. Sən demə "evim yoxdur, illərdir kirayələrdə sürünürəm" deyən Elvin özünə ev yox, obyekt tikdirirmiş. Axı qazilər, şəhid ailələri, müharibə iştirakçıları dövlətin sosial qayğısı ilə əhatə olunub. Hər ay müavinət alırlar, üstəlik dövlət tərəfindən mənzil, avtomobil və digər zəruri ehtiyacları ilə təmin edilirlər, onların problemlərinin həllinə dəstək göstərilir. Bəs nəyə görə Elvin qazi adından istifadə edib yalan danışaraq 5-10 manat pula görə qazi adına ləkə salır?

Bəzən qazilərin bu cür qanunsuz əməllərinə sosial şəbəkələrdə haqq qazandırılır, "onlar vuruşanda biz isti yatağımızda yatırdıq" kimi şərhlər verilir. Bəli, biz onlara həmişə minnətdar olacağıq, onların etdiyi fədakarlıq heç vaxt unudulmamalıdır. Amma bu o demək deyil ki, qazi, şəhid ailəsi adından istifadə edib istənilən qanunsuz əməli törətmək olar.

Şəhidlərimiz, qazilərimiz Vətəni təmənnasız sevib, onun uğrunda canlarından, sağlamlıqlarından keçiblər. Vətənə sevgi təmənnalı olmur. Haqsız tələb irəli sürüb qanunsuz iş tutanlar da bu təmənnadan əl çəkməlidirlər.

Bizim üçün qanunun aliliyi ən üstün dəyər olmalıdır. Hamı qanunlara tabe olmalıdır, qazilər də. Biz Azərbaycan qanunlarını Qarabağda bərqərar etmək üçün 44 gün vuruşduq. Azərbaycanın konstitusiya quruluşunu Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda bərpa etmək uğrunda üç min şəhid verdik. Lakin Azərbaycan qanunlarını işğal altında olan torpaqlarda bərqərar etmək üçün vuruşan qazinin indi özü həmin qanunları pozursa, burada bir səmimiyyətsizlik hiss olunur. Belələri minlərlə qəhrəman qazimizin adına ləkə yaxır, onların haqqına sahib çıxmaq istəyir. "Qazi" adının əzəmətini, böyüklüyünü qorumalıyıq, ona ləkə yaxanları, bayağılaşdıranları isə qınamalıyıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1228   Tarix: 18 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr