"İstehlak cəmiyyətinin qurbanına çevrilmiş qadınlar karyera, zahiri gözəllik və ailə arasında parçalanır"

"İstehlak cəmiyyətinin qurbanına çevrilmiş qadınlar karyera, zahiri gözəllik və ailə arasında parçalanır""Həqiqətən, ona Fatimə (kəsən) adının verilmə səbəbi, insanların ona olan mərifətdən kəsilməsidir ". (Onu layiq olduğu kimi tanımaq mümkün deyil)

İmam Sadiq

Seçim azadlığının ən fundamental dəyərlərdən biri sayılan dövrdə yaşasaq da, seçimlərin bir çox hallarda bizi qəliblərə saldığına şahid oluruq. İnsanlar sanki qeyri-iradi şəkildə müxtəlif tipajlara bölünür, geyimini, danışıq tərzini, bədən hərəkətlərini belə həmin tipajlara uyğunlaşdırır. Bir sözlə, qarşımıza çıxan insanın zahiri görünüşü ilə onun daxili aləmini deyil, hansı qəlibə düşdüyünü müəyyən edə bilərik. Siyasi baxışlardan tutmuş ən məhrəm arzulara qədər insanın daxili aləmi bütövlükdə bu tipajlara uyğunlaşır. Daxilimiz zahirimizin əsarətinə düşür. Özümüz ola bilmirik. Bu haqda heç düşünmürük də...

Bəlkə də, durumun belə olması marketinq təfəkkürünün dünyaya hakim olması ilə bağlıdır. Ötən əsrin əvvəllərində Yunq psixologiyaya arxetip anlayışı gətirəndə, insanların mənəvi iztirabına əlac tapmaq istəyirdi. Lakin, hər şeyi maddi mənfəət obyektinə çevirən istehlakçı mədəniyyət, arxetipləri də "özününküləşdirdi".

İnsanların iqtisadi davranışını proqnozlaşdırmaq və istiqamətləndirmək üçün onları hansısa davranış qəliblərinə salmamaq mümkün deyildi. Axı azad seçim illüziyası ilə insanların daxili aləminə hakim olmaq ələ düşən fürsət deyil. Təəssüf, bu prosesdə ən çox uduzma mövqeyinə düşən xanımlar oldu. Yunqdan sonra onun tələbəsi Cin Şinoda Bolen qadınlar üçün qədim yunan tanrıçalarının adını qoyduğu yeddi arxetip müəyyən edir: həyat bəxş edən ana, azadlığı sevən və emosional bacı, naz edən və arxa-dayaq axtaran qız, ailəni qoruyan arvad, özünü süsləyən və yaradıcılığa təşviq edən məşuq, özünə hakim olan və rasional düşüncəli məsləhətçi və mənəvi inkişafına fokuslanan arif. Müasir dövrdə qadınlar bu arxetiplər arasında seçim etməyə məhkumdur: ailə yolunu seçən karyeradan, karyera yolunu seçən ailədən, mənəviyyat yolunu seçən isə hər ikisindən imtina etməlidir.

Yəqin, bütün mədəniyyətlərdə qadına ayrılan ən müqəddəs rolun ana olduğunu desək, razılaşarsınız. Çünki, ana olmaq təkcə dünyaya övlad gətirmək deyil. Ana insanın ilk tanış olduğu və həmişəlik aşiq olduğu bir aləmdir. Yaşından asılı olmayaraq uşağın sonsuz güvəndiyi, arxalandığı, rahatlıq tapdığı bir aləm. İlk duyduğumuz səs onun ürək döyüntüsüdür. Ən şirin söz onun dilində, ən ləziz dad onun əllərində, ən ülvi sevgi onun qəlbində, ən doğma yer onun ağuşundadır. O, bizim dünyaya baxdığımız ilk pəncərədir. Bu pəncərədən gördüyümüz mənzərə əbədi olaraq şüurumuzda həkk olunur. Başqa sözlə desək, ana insana həm bioloji, həm ictimai, həm də mənəvi həyat bəxş edir. Bu səbəbdəndir ki, bir çox inkişaf etmiş ölkələrdə analıq dəyərlərinin sarsılması yalnız əhalinin demoqrafik durumuna deyil, həm də sosial davranışına və psixoloji halına da mənfi təsir göstərib. "Piter Pen nəsli", "mileniallar" və s. adlarla çağırılan həssas psixologiyalı, həyatda özünə yer tapa bilməyən, böyüdükdə belə uşaq kimi davranan, məsuliyyətdən qaçan, qısa zamanda şöhrət və qazanc əldə etmək istəyən, heç bir avtoritet tanımayan, çətinliklərə dözümsüz, depressiv, heçnəyi bəyənməyən bir gəncliyin yetişməsi məhz ötən əsrin 70-80-cı illərində ana məfhumunun dəyərsizləşməsi ilə bağlıdır. İstehlak cəmiyyətinin qurbanına çevrilmiş qadınlar karyera, zahiri gözəllik, cinsi meyillər, şəxsi inkişaf və ailə arasında parçalanır, radikal seçimlər qarşısında dururlar. Bunun nəticəsidir ki, yeni nəslin təmsilçiləri arasında "çayldfri" (uşaqdan azad) tendensiyası geniş yayılır, gənc ailələrin dağılması nəticəsində kimsəsiz uşaqların sayı artır, valideyinlərin psixoloji problemləri üzündən daha çox azyaşlılar zorakılığa məruq qalır. Buna oxşar problemlər ənənəvi cəmiyyətlərdə də mövcuddur. Analar o qədər daxili problemlərinə qərq olurlar ki, övladlarını eşidə bilmir və ya hirsini onlardan çıxarmağa çalışırlar. Bunun səbəbi isə, anaların deyil, qızların dəyərsizləşməsindədir.

Təbiət qızla oğlan arasında funksional fərqlər qoyub və bu fərqlər uşaqlıq illərindən özünü büruzə verir: qız insan növünü qorumalıdır deyə mühitə uyğunlaşır, oğlan isə insan növünü təkmilləşdirməlidir deyə yeniliklər axtarır. Qız mərkəzəqaçan, oğlan isə mərkəzdənqaçan qüvvədir. Qızın şıltaqlığı, dəcəlliyi də özünü göstərmək və diqqət cəlb etməkdən daha çox, özünə və ətrafdakılarına sevinc bəxş etməsi üçündür. Ona görə də, o sərt nəzarəti sevmir, ətrafdakıların onun pak qəlbinə güvənməsini istəyir. Bu etimad olmadıqda, üsyan baş verir, ailənin "qalası" çökür. Bir çox ənənəvi cəmiyyətlərdə qızları "təmiz" böyütmək üçün istəmədən onlarda özünəinmasızlıq, dəyərsizlik tərbiyə olunur. Qoz qabığına saldıqları həmin "sevgi" ilə bəslənən övladlarının bütün ənənəvi dəyərlərə üsyan etdiklərini gördükdə isə, heçnə anlamırlar. Qəddar qayınana və baldızlar, övlad qayğısında ifrata və təfritə varan analar, yersiz yerə qısqanclıq edən arvadlar, yanından ötənin hər sevgi vədinə inanan gənc qızlar, həyata və özünə inamını itirmiş aqressiv qadınlar - bunlar nə zamansa qəlbindəki sonsuz sevgiyə dəyər verilmədiyini görən, daim alçaldılan, sıxılan pak qızlar idi. Digər tərəfdən övladların tərbiyəsində cinsi fərqləri nəzərə almayan, bəzən isə qəsdən "cinssizliyi" tərbiyə edən cəmiyyətlər də eyni problemlərlə üzləşirlər. Çünki, nəticə etibarı ilə, istər özəlliyinə görə sərt nəzarət altında böyüsün, istərsə də özəlliyi nəzərə alınmadan tərbiyə olunsun - qızın içindəki ən ülvi hisslər, qadınlıq başlanğıcı realizə olmur və aqressiya mənşəyinə çevirilir.

Qız uşaqlarında qadınlıq başlanğıcının çiçəklənməsi onların yalnız ana kimi formalaşdırmır. Qadın həm də kişi ilə birləşərək yeni varlıq, fövqəlinsan yaradır. İnsaniyyət bir ali xüsusiyyət kimi kişiliklə qadınlığın ittifaqından doğur, qadınla kişi bir birini tamamlayaraq kamil insana çevirilirlər. Daim axtarışda olan kişiyə arxalana biləcəyi sabit dayaq gərəkdir. Daim mühiti qoruyan qadına yeniliklərə, dəyişikliklərə can atamaq üçün dəstək gərəkdir. Buradan da qadının məşuq və məsləhətçi arxetipi yaranır. Maddiləşmiş, mənəviyyatın dəyərsizləşdiyi dünyada nəzərdə tutulan məşuq və məsləhətçi yox. Məşuq ilham mənbəyi, yaradıcılığın stimuludur. Məsələhətçi isə sevgisi və ağlına əmin olduğun ən yaxın adam. Bu, başqalarına qarşı biganə qala bilməyən, cəmiyyət qarşısında məsuliyyət hiss edən, özü üçün arzuladığını başqalarına da arzulayan obrazlardır. Sevilən qadın, yəni ətrafdakıları hərəkətə gətirən, onlarda ülvi xüsusiyyətlər tərbiyə edən, onlarda quruculuğa və yaradıcılığa sevgi yaradan qadın. Məsləhətçi, yəni ictimai həyatın harmoniyasını qoruyan, onu sərtlik və zorakılıqdan saxlayan qadın. Bu qədər müharibə, münaqişə, nifrət, inamsızlıq içində insanlıq ayaqda qala bilirsə, qurub-yaradırsa, sevib-sevilməyə çalışırsa, şübhəsiz ki, bu, qadınların zəhmətidir.

Müxtəlif mədəniyyətlərdə qadın başlanğıcı ilahi hikməti və sevgini tərənnüm edir. İslam irfanında da kişi ilahi əmri simvolizə edirsə, qadın - həmin əmri doğuran ilahi sevgini. Yaradılış Allahın sevgisindən doğan "Ol!" əmrindən başladı. Məhz buna görə, qadının Allaha yaxınlaşması və mənən güclənməsi daha asandır. Lakin, digər funksiyaları yerinə yetirmədən qadının layiq olduğu bu məqama yüksəlməsi mümkünsüzləşir. Həyat bəxş edib onun davamlılğını təmin etmək, şəxsiyyət yetişdirib insanları daxilən kamilləşdirmək, yaratmaq və yaradıcılığa təşfiq etmək, sevib-sevilmək istedadı bütün qadınlara xasdır və bu xüsusiyyətlər bir qadında cəmləşdikdə o, Allaha qovuşur. Tarixən olduğu kimi bu gün də qadınlar bu örnəklər arasında seçim qarşısında qalırlar. İş, ailə, şəxsi inkişaf və digər sahələr üz-üzə qoyulur. Amma qadın bütün bu xüsusiyyətləri özündə ehtiva edə bilər. Onun buna gücü də çatar, yetər ki gücünə inansın. İnanmaq üçün isə real örnək gərəkdir. Qadının əşyaya bərabər tutulduğu bir mühitdə dünya tarixini dəyişən böyük şəxsiyyətlərin - Peyğəmbərin, Əlinin, Həsənin və Hüseynin sığınacaq yeri olan Fatimə örnəyi. O, müqəddəs ailənin dayağı, tarixi təlatümlər içində boğulan sivilizasiyanın yolgöstərən ulduzu, əzəmətli mədəni irsin ilham mənbəyi və ilahi eşq yolçularının bələdçisidir. O, bəşəriyyətin itirdiyi, amma nə zamansa mütləq qovuşacağı uca ANAdır.

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1662   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr