"Qanuni oğru" Gürcüstan Prezidentini məhkəməyə verdi
Fransada ömürlük həbs cəzasına məhkum edilən kriminal avtoritet Kaxa Şuşanaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilini məhkəməyə verib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Kaxa Rustavskiy" adı ilə tanınan qanuni oğru ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edir.
"O məhkəməyə müraciət edib. Biz məhkəmə vasitəsilə Prezident tərəfindən imzalanan sərəncamı ləğv etmək istəyirik", - deyə kriminal avtoritetin qızı Tatiya Şuşanaşvili telekanalın efirində deyib.
Tbilisi Şəhər Məhkəməsi Şuşanaşvilinin iddiasını artıq icraata qəbul edib.
Gürcüstan Prezidentinin qanuni oğrunun ölkə vətəndaşlığına xitam verilməsi haqqında sərəncamı Ədliyyə Nazirliyinin Şuşanaşvilinin 2015-ci ildə Rusiya vətəndaşlığı alması ilə bağlı gəldiyi qənaətə əsaslanıb. Vəkil isə bu sənədin həqiqi olmadığını iddia edir, çünki Şuşanaşvili həmin vaxt artıq Marsel həbsxanasında cəza çəkirdi.
T. Şuşanaşvilinin sözlərinə görə, atası artıq 12 ildir ki, Marsel həbsxanasında saxlanılır. Fransa məhkəməsi onu 2010-cu ildə qanuni oğru Vladimir Canaşiyanın sifarişli qətlində təqsirli bilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2525 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabrPolşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29 oktyabrBu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30 oktyabrİtalyanlar əfsanəvi Ferrari obrazını yeni superkarda canlandırdılar
1978-ci ildə Paduada Ferrari-nin satışı və texniki xidməti ilə məşğul olan İtaliya şirkəti Michelotto, 4-cü və B qrup rallilərində iştirak etmək üçün orta mühərrikli Ferrari 308 GTB kupeləri əsasında öz dizaynlı avtomobillər istehsal etməyə başladı. xəbər verir ki, bu avtomobillər 1986-cı ilə qədər müxtəli
31 oktyabrFransada yeni iğtişaşlar gözlənilir: Parisdə 40 metro stansiyası bağlanacaq
Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək. bildirir ki, bu barədə "Reuters"
31 oktyabr