Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallardan istifadə olunacaq. Bu isə o deməkdir ki, bütün pensiyaçılar eyni qaydada artım əldə etməyəcəklər. Bəs yeni dəyişikliklər kimlərin pensiyasına necə təsir edəcək?

Aşağı məbləğdə pensiya alanlar daha çox artım əldə edəcəklərmi? Yeni mexanizm pensiyaçılar arasında sosial bərabərsizliyi azaltmağa imkan verəcəkmi?
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Milli Məclisdə qəbul olunan və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliyə görə pensiyaların indeksləşdirilməsində diferensial yanaşma tətbiq ediləcək. Hazırda bütün pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə, yəni ölkə üzrə orta aylıq əməkhaqqının illik artım faizinə uyğun artırılır. Yeni qaydaya görə isə ölkə üzrə orta aylıq əməkhaqqına qədər olan hissə tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqdan yuxarı olan hissəyə isə 0,2-dən 0,5-ə qədər azaldıcı əmsallar tətbiq ediləcək.

Məsələn, orta aylıq əməkhaqqı 1176 manatdırsa, pensiyası 1000 manat olan şəxsin pensiyası tam faizlə artacaq. Pensiyası 2000 manat olan şəxsin isə 1176 manata qədər olan hissəsi tam, 1176 manatdan yuxarı olan 824 manatlıq hissəsi isə azaldılmış əmsalla artacaq. Rəsmi məlumata görə pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta maaşa çatmadığı üçün onlar üçün dəyişiklik olmayacaq və artım əvvəlki qaydada tam tətbiq ediləcək. Bu mexanizm bütün növ əmək pensiyalarına, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalara şamil ediləcək. Məqsəd aşağı pensiya alanların artımının yüksək pensiya alanlarla müqayisədə daha ədalətli qorunması və pensiya fondunun dayanıqlılığının təmin edilməsidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 835   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

Zaur Rzayev vəfat etdi - Yenilənib

Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə

29 oktyabr
.

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmaların

29 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Professor Adilə Abbasova vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca

29 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29 oktyabr