"Ermənistan ordusu raxit xəstəsinə oxşayır" - Sabiq qərargah rəisi
"Ordumuz raxit xəstəsinə oxşayır. Başı şişirilmiş, bədən kiçikdir".
Sonxeber.az xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Hakopyan 24TV-yə müsahibədə deyib. Ermənistan ordusunun problem və çatışmazlıqlarına toxunan Hakopyan qeyd edib ki, dünyanın hər yerində döyüşən əsgərin yaşı 35-dən aşağıdır, onlarda isə 55 yaşa çatdırmaq istəyirlər. Bu da çox kobud səhvdir:
"Azərbaycanla son qarşıdurma zamanı Silahlı Qüvvələrin bölmələri tapşırığı yerinə yetirməyib, əksinə məlumatları saxtalaşdırıblar. Saxta qəhrəmanlaşdırma isə yaxşı heç nə vəd etmir. Biz bunu 2020-ci ilin iyulunda da gördük. Tavuş hadisələrini nəzərdə tuturam. O zaman çox böyük şişirdilmələr oldu. Amma mən dəqiq bilirəm ki, bu belə olmayıb, tamamilə fərqli hadisələr baş verib".
Hakopyan ordunun bərpası üçün siyasi iradənin olmamasından əmin olduğunu bildirərək əlavə edib ki, buna səbəb Ermənistanın bundan sonra sülhə getməsidir:
"Baş nazirin qurmağı arzu etdiyi ordunu indiki büdcə ilə formalaşdırmaq mümkün deyil. Baxın, bu il ordunun büdcəsi 20 faiz artıb, amma yenə də hərbi qulluqçuların əmək haqqlarının artırılması üçün yetərli deyil. Gərək ordunun döyüş hazırlığının artırılması üçün nəzərdə tutulmuş vəsaitdən kəsilə və əmək haqqlarının ödənilməsinə sərf oluna ki, hərbçilərin maaşı artsın. Bu problemləri görərək dəfələrlə demişəm ki, orduda dörd əsas prinsip var: 1 - əmək haqqı, 2 - müdafiə xərcləri, 3 - təhsil, 4 - inkişaf.
Bir daha təkrar edirəm, dünya praktikasında orduya çağırış 35 yaşda qədərdir. Bizdə isə çağırış yaşını 55-ə çatdırırlar. Təssəvür edirsiniz, 55 yaşlı hərbçi döyüş zamanı düşmənin dalınca qaçıb çatmalı və qulağını kəsməlidir. Bütün bunlar hərbi sistemdəkki boşluqları göstərir. Ordumuz raxit bir bədənə bənzəyir, baş böyük, ayaqları nazik.
İndi yeni struktur qururlar. Sizcə bu nə nəticə verəcək? Baş Qərargahımız da raxit bədənə bənzəyir. Yuxarıda yekə başlar, aşağıda isə zəif bölmələr. Və bu bölmələr həmin o yekə başları daşıya bilməz. Yekə başlar elə qərarlar qəbul etməlidir ki, bu gün ordumuzda bu qərarlara ehtiyac var. Hazırda orduda aparılan işlərlə bağlı geniş məlumatım yoxdur. Lakin keçmişdə tutduğum vəzifəyə görə bilirəm və hesab edirəm ki, düşmənin iki istiqamətdəki - inkişaf və yeni texnikalarla təmin olunmasını nəzərə alaraq, bizim də yeni silah-sursat və çox yaxşı hazırlanmış kiçik bölmələrimiz olmalıdır. Yalnız bu halda düşmənin istənilən hücumuna müqavimət göstərə bilərsən, həmçinin onlara arxadan zərbə endirmək imkanın da olar".
Telman
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Mələkxanım Eyubovanın ailəsində ağır itki