Çeslav Mixneviç: "Yatıb qalan Emreliyə etibar etmək olarmı?"
Polşa "Legiya"sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb.
Sonxeber.az xəbər verir ki, "Kanal Sportowy"də yerləşdirilmiş videoda 51 yaşlı mütəxəssis oyunçuları sərt tənqid etdiyi məlum olur. O, xüsusən, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini hədəfə alıb.
O bildirib ki, "Legiya" kimi böyük kluba gələn hər kəs bilməlidir ki, onu maliyyə və azarkeş məmnunluğundan əlavə, rəqabət gözləyir.
Daha sonra Mixneviç üzünü Emrrliyə tutub: "Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? "Lex"lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil".
Təcrübəli mütəxəssis 24 yaşlı hücumçuya onun şəxsi həyatından da xəbərdar olduğunu deyib: "Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam".
Mixneviç Emrelini real qol şanslarını qaçırmasına görə də qınayıb: "Varşavanın 2 milyon əhalisindən 1,5 milyonu "Legiya"nı dəstəkləyir. Biz isə belə münasibətlə onları yaralayırıq. Ona görə yox ki, Emreli "Lex"lə matçda qol imkanını əldən verdi. Özü də məyusdur. Üç aydır gələn şəxs mənimlə salamlaşır, kofe içir. Amma birdən-birə yeməkxanaya daxil olanda yanımda kölgə kiçir. Mən sənə heç nə etməmişəm. Nə etmisizsə, siz etmisiz, imkanlardan bir komanda kimi siz yararlanmamısız. Başa düşürəm ki, bu, topdur. Sən beynində çox şeyi yaxşılaşdırmalısan. Amma inciyirsənsə, ağlayırsansa, başqa həyat yaşayırsansa, bunu deməkdən qorxmuram: Bura Azərbaycanın çarı kimi gəlmisən, amma mənim üçün hamınız bərabərsiniz".
Çətin vəziyyətlərin çətin qərarlar tələb etdiyini vurğulayan baş məşqçi əlavə edib ki, "Pyast"la səfər oyununa müharibəyə getmək istəyən heyət aparacaq: "Silahınızın lüləsini mənə yox, rəqiblərinizə tuşlamalısınız. Kürəyimi nişan alanlar isə olduqları yerdə qalacaqlar".
Qeyd edək ki, Çeslav Mixneviçin bu iclasda dedikləri nəticə verməyib. "Legiya" 2021-ci il oktyabrın 24-də keçirilmiş görüşdə 1:4 hesabı ilə uduzub. Ertəsi gün isə baş məşqçi istefaya göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
Araq bununla qəbul edilir, amma həkimlər bu üsula etiraz edir
Dializ mərkəzində tanış olub ailə qurdular, hər ikisi böyrək köçürülməsi ilə həyata yenidən başladı - VİDEO
Stomatoloqun rəqsi qalmaqala səbəb oldu - VİDEO
Salyanda itkin düşən çobanın anası dəhşətli təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Arzum ev dustaqlığına buraxıldı
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Motosiklet sürən qızdan gözünü çəkə bilmədi - Qəza törətdi - (Video)
Arzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası yazışmaları göstərdi (VİDEO)
Xatun səhnədə səhnədə çətin anlar yaşadı - (Video)