Bakıda özünü məktəb binasından atmaq istəyən qız nəzarətə götürüldü - YENİLƏNİB

Bakıda özünü məktəb binasından atmaq istəyən qız nəzarətə götürüldü - YENİLƏNİBSözügedən məktəbli və ailəsi hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətində saxlanılır.

Bu barədə Oxu.Az-a ərazi üzrə icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasından məlumat verilib.

Bildirilib ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir:

"Məktəblinin və anasının vəziyyəti yaxşıdır, heç bir həyati təhlükəsiz yoxdur. Məktəbli yetkinlik yaşına çatmayıb. Ola bilər ki, hansısa ailə üzvünə qarşı münasibətdən dolayı, ya da dostları, rəfiqələri ilə arasında yaşana biləcək hər hansı inciklik səbəbindən bu addımı atıb.

Düşünürük ki, diqqət cəlb etmək üçün bu addımı atıb. Uşaqla psixoloq danışıb, söhbət aparıb. Məsələ ilə bağlı təfərrüat vermək istəmirik. Sadəcə olaraq səlahiyyətlərimiz çərçivəsində ərazi üzrə yetkinlik yaşına çatmayanlarla bağlı, onların həyati təhlükəsi yaranarsa dərhal qarşısının alınması istiqamətində tədbirlər görürük.

Sözügedən hadisə barədə də İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə bütün tədbirlər görülüb. Məsələyə çox ciddi yanaşılır. Uşaq psixoloqların nəzarətindədir. Ailə də nəzarətdədir. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir".

10:47
Bakıda orta məktəbdə yeddinci sinif şagirdi olan qız özünü məktəbin binasından atmaq istəyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, yeddinci sinif şagirdi olan qız üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.

Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. İlkin məlumatlara görə, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallardır.

Məktəb direktorunun, psixoloqunun təşəbbüsü ilə hadisə barədə dərhal Təhsil İdarəsinə, ərazi üzrə polis bölməsinə, yerli icra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb.

Faktı Oxu.Az-a 118 nömrəli tam orta məktəbdən təsdiq ediblər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1798   Tarix: 10 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind

11 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr