Ərini öldürdüyü üçün həbs edilən və məhkəmədən azadlığa buraxılan qadınla bağlı apellyasiya şikayəti verilib
Bakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
"Report"un xəbərinə görə, zərərçəkmişin hüquqi varisi birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Məhkəmənin ilkin baxış iclası fevralın 24-nə təyin edilib. Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, hadisə 2021-ci il aprelin 21-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, Babayeva Sevda Rasim qızı həyat yoldaşı Əskərzadə Elvin Pənah oğlunu şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla qətlə yetirib.
Daha sonra S.Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkməsinin hökmü ilə S.Babayevanın barəsində irəli sürülən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif olunub. Qadına bu maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Hökmdə qeyd edilib ki, S.Babayevaya Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1925 Tarix: 12 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrHindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza
18 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr