Adına şirkət qurulduğunu öyrənən kişi özünü meşədə asdı
Astara sakini özünü asaraq intihar edib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Taxtanəkəran kəndi ərazisindəki meşəlikdə baş verib. 1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfində aşkarlanıb.
Toradi kənd sakini Z.Sovqatovun üzərindən çıxan məktubda onu bu addıma vadar edən şəxslər barədə yazılıb.
Qeyd edək ki, bir neçə gün öncə mərhum Zaur Sovqatov aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata müraciət edibmiş.
Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.
Zaur Sovqatov beş şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. Rövşən Hüseynov bu məsələni qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1872 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 202120 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 202120 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO
Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə
14 sentyabr 2021Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO
Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini
18 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021