Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB

Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİBBakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Toyota Land Cruiser" markalı, 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 07.01.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi qeydə alınıb:

"Təqsirli bilinən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğluna İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, protokol tərtib olunub. Hadisə sənədləşdirilib. Qarşı tərəfə dəyən ziyan ödənilib".

Qeyd edək ki, bu gün bəzi saytlarda N.Sadıkovun şəhər ərazisində qəza törətməsi barədə məlumat yayılıb.
13:48

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

Sonxeber.az-ın Bakupost.az -a istinadən verdiyi məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.

Belə ki, "Land Cruiser" markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius" markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.

Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.

Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.
Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİBNəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİBNəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 8180   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021