"Azərsu" əməkdaşı iş başında BIÇAQLANDI - VİDEO
"Azərsu" ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşı abonentin kobud rəftarı və fiziki təzyiqə məruz qalıb.
Bu barədə Oxu.Az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş yaşayış massivi ev 6b, mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. "Sudan İstifadə Qaydaları"nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. "Abşeron Sukanal" İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər.
Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.
"Azərsu" ASC-nin digər əməkdaşına qarşı fiziki təzyiq Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudov tərəfindən törədilib. 210 manat borc olan abonentə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları yenidən həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev abonentin borcunun ödənilməsinin vacibliyini bildirdikdə abonent Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.
Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.
"Azərsu" ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır:
"Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə "Azərsu" ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Abonentlərin diqqətinə çatdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1601 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 202120 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 202120 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO
Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə
14 sentyabr 2021Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO
Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini
18 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021