Bakıda keçmiş arvadının işlədiyi kafeyə gəldi, iki müştərinin yanında...

Bakıda keçmiş arvadının işlədiyi kafeyə gəldi, iki müştərinin yanında...Bakının Nizami rayonunda 1973-cü il təvəllüdlü Bəşir keçmiş arvadı Naziləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 17 iyun 2021-ci ildə baş verib.

Bəşir həmin gün saat 18.10-da sərxoş vəziyyətdə Nazilənin icarə götürərək işlətdiyi "8-ci km bazarı"nda yerləşən "Qarabağ" kafesinə gəlib. O, Nazilənin övladlarını ona göstərməməsi ilə əlaqədar mübahisəni bəhanə edib, onu uca səslə söyüb. Sonra qadının bədəninin müxtəlif nahiyələrinə vurub, pivə stəkanını onun üzərinə atıb. Stəkan Nazilənin qoluna dəyərək sınıb.

İstintaq orqanı tərəfindən Bəşirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya ilə istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəşir ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nazilə ilə əvvəllər ər-arvad kimi yaşayıblar: "Lakin rəsmi nikaha girmədik. Birgə yaşadığımız müddətdə 2005-ci il təvəllüdlü Sahibə, 2007-ci il təvəllüdlü Aqil adlı uşaqlarımız oldu. Artıq 8 ildir Nazilə ilə ayrılmışıq, uşaqlar mənimlə yaşayırlar. Nazilə uşaqlarla maraqlanmadığına görə aramızda tez-tez mübahisə olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 17-də telefonla danışarkən Nazilə ona qarşı nalayiq ifadələr işlədib: "Bu səbəbdən işlədiyi kafeyə gəldim, onunla məsələni aydınlaşdırmaq istədim. Həm də növbəti dəfə tələb etmək istədim ki, uşaqlarımızla maraqlansın. Saat 18 radələrində Nazilənin işlətdiyi kafeyə gəldim. Nazilə mənimlə uca səslə danışmağa başladı. İçkili olduğum üçün şillə ilə üzündən vurdum. Kafedə bizdən başqa tanımadığım iki nəfər müştəri də vardı. Hirsləndiyimdən bir neçə içki şüşəsini itələyərək yerə dağıtdım. Həmin vaxt stolun üzərində olan qədəh Naziləyə tərəf getdi və onun qolunu kəsdi".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilənin sözlərinə görə, Bəşirdən ayrılıb, uşaqları keçmiş əri ilə yaşayırlar: "Uşaqlara Bəşir baxıb. Övladlarımı görmək üçün həftədə 3-4 gün Bəşirin evinə gedib, orada qalıram. Bəşir spirtli içki qəbul edərkən onunla danışmaq və yola getmək mümkün deyil. Məni döydüyündən Bəşirin evindən çıxmışam, kirayədə qalıram. "8-ci kilometr bazarı"nda "Qarabağ" adlı kafeni icarəyə götürərək orada yemək bişirib satıram".

Nazilə qeyd edib ki, iyunun 17-də saat 18 radələrində Bəşir ona zəng edib, sərxoş halda onu söyməyə başlayıb: "Mən də mobil telefonunu söndürdüyüm üçün 5-6 dəqiqə sonra kafeyə gəldi. Sərxoş olduğundan məni nalayiq küçə söyüşləri ilə təhqir etdi, üzərimə yeridi. Stolun üzərində olan bakalı mənə tərəf atdı. Bakal sağ qoluma dəydi. Daha sonra təpiklə ayağımdan vurdu".

Zərərçəkmiş deyib ki, kafeyə səs-küyə gələn polis əməkdaşları Bəşiri kafedən çıxarıb və 24-cü polis şöbəsinə aparıblar: "Hadisə kafenin içərisində baş verdi və təxminən 10-15 dəqiqə ərzində davam etdi. Mənə təxminən 1300 manat maddi ziyan dəydi".

Zərərçəkmiş ifadəsinin sonunda göstərib ki, təqsirləndirilən şəxslə barışıb, dəymiş maddi ziyan ödənilib. O, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını qeyd edib.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.

Bəşirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1854   Tarix: 20 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021