Şəhid bulağının kranını qıran gənci döyüb qulağını kəsdilər - VİDEO
Samux rayonunun Füzuli kəndində 25 yaşlı gənc döyülərək, qulağı kəsilib.
Sonxeber.az İTV-yə istinadən xəbər verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı Mirzaman Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb.
Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb.
Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ barədə "Qafqazinfo"ya bildirib ki, M. Əliyevi rayonun Füzuli kəndində yerləşən "Şəhidlər bulağının" su kranını qırdığına görə həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4017 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb. "Qafqazinfo" "Shimalnews"a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub. Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəski
9 iyulBakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb GÖLÜN KƏNARINA ATDILAR
İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU" sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb. APA-ya istinadən xəbər verir ki, orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Nati
11 iyulSərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulQobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulGürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb
Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament
11 iyulYüzlərlə vətəndaşı aldadan mebel mağazası sahibi yoxa çıxıb - VİDEO
Türkiyənin Aydın vilayətində fəaliyyət göstərən mebel mağazasının sahibinin yüzlərlə müştərini aldadaraq topladığı pullarla yoxa çıxdığı iddia olunur. Hadisə nəticəsində təxminən 500 nəfərin zərərçəkən olduğu bildirilir. xarici mediaya istinadla xəbər verir ki, sifariş etdikləri mebellərin təhvil veriləcəyin
9 iyulDişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb
Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar
9 iyul