Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi istiqamətində iş aparılır

Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi istiqamətində iş aparılırAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir.

Bu barədə Komitənin məlumatında bildirilib.

Qeyd edilib ki, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib. Onların arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.

"Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir", - deyə bəyanatda qeyd edilib.
#ozel


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 958   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021