Oğlan ata-anası ilə birgə qızı saçından sürüyüb həyətlərinə gətirdi… - YENİLƏNİB - TƏFƏRRÜATLAR

Oğlan ata-anası ilə birgə qızı saçından sürüyüb həyətlərinə gətirdi… - YENİLƏNİB - TƏFƏRRÜATLARBaş Prokurorluq Göyçayda qızın qaçırılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilmişdir ki, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq davam edir.

10:27
Göyçay rayonunda 21 yaşlı qızın qaçırılması ilə bağlı təfərrüatlar məlum olub.

Sonxeber.az xəbər verir ki, qaçırılan qızın yaxınlarının Trend-ə verdikləri məlumata görə, hadisə fevralın 26-da səhər saat 08:30 radələrində Ulaşlı-Şıxlı kəndi ərazisində küçədə baş verib.

"Qız Potu kənd həkim məntəqəsində işləyir. Səhər saat 08:30 radələrində qız işə gedərkən qonşuları Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva küçədə onun qarşısını kəsib.

Qız onlara müqavimət göstərsə də, mümkün olmayıb. Həmin şəxslər qızın saçından və ayağından tutaraq sürüyüb həyətlərinə gətiriblər.

Əvvəlcə onlar qızın sakit olmasını tələb etsələr də, o qışqıraraq qonşulardan kömək istəyib. Bunu görən ailə qızı həyətdəki tövləyə gətirib onu hədələyiblər.

Daha sonra qızın əllərini və ağzını bağlayaraq tövlədə saxlayıblar. Günün ikinci yarısında onlar qızı ağzı bağlı vəziyyətdə həyətlərindən avtomobilə mindirərək Ucar rayonundakı qohumlarının evinə aparmaq istəyiblər. Bu vaxt qonşular hadisəni görüb və bizə məlumat veriblər", - deyə qohumları bildirib.

Yaxınları bildirir ki, Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qızın qaçırıldığı avtomobil saxlanılıb:

"Qızı ailəyə təhvil verdilər, oğlanı və ata-anasını isə polisə apardılar. Sonradan məlum oldu ki, oğlanın ata-anasının ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Hansı əsasla buraxıblar, onu bilmirik. Bildiyimiz odur ki, qızı 3 nəfər oğurlayıb".

Məlumatda bildirilir ki, hadisəni törədən ailə qızın qonşusudurlar və ailələr arsında heç bir ədavət də olmayıb:

"Ailənin qızı oğlan üçün istəməsi və rədd cavabı alması barədə məlumatlar da yalandır. Onlar heç vaxt qızı istəmək üçün ailəyə elçi gəlməyiblər".

Xatırladaq ki, Göyçay rayonunun Ulaşlı Şıxlı kənd sakinləri- Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva kənd sakini olan 21 yaşlı qızı oğurlayaraq həyətlərindəki tövlədə saxlayıb. Ailə qızın əllərini və ağzını bağlayaraq ona işgəncə verib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırmalar aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2136   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr