Azərbaycanda 70 yaşlı kişi 17 yaşlı qızı zorladı - YENİLƏNİB + FOTO/VİDEO
"Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyinin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb".
Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb:
"Məsələ ilə bağlı, Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədi ilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər".
11:08
Baş Prokurorluq qonşusu tərəfindən zorlanan qız barədə açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
10:20
Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir.
Bu barədə Oxu.Az-a zərərçəkmiş 17 yaşlı R.A. (red-ad şərtidir) bildirib.
Onun sözlərinə görə, ötən il avqustun əvvəlində anası bacısını göz həkiminə aparıb:
"Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 70 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, arxamca girdi, qolumdan tutub, döydü və zorladı".
Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:
"Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur".
Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB