Milli Qəhrəmanın ailəsi Xarkovdan Bakıya təxliyə edilir
Ukraynada davam edən müharibə ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoginin ailəsinin təxliyəsi istiqamətində təxirəsalınmaz işlər aparılır. Seryoginin ailəsinin Xarkov şəhərində yerləşən binaya mərmi düşməsi nəticəsində onların mənzili tamamilə dağıdılıb. Milli Qəhrəmanın ailə üzvlərinin tez bir zamanda təxliyə olunması üçün bir neçə qurum fəal işə başlayıb.
Bu barədə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqədər üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Pravda.az-a açıqlamasında deyib.
Bildirilib ki, Milli Qəhrəmanının ailəsinin Azərbaycana təxliyəsi üçün Milli Məclisin deputatı Rüfət Quliyev, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının həmtəssisçisi Cəmilə Abdullayeva, "Kiyev Azərbaycanlıları Konqresi" İctimai Təşkilatının sədri Oleq Krapivin lazımi tədbirləri həyata keçirirlər. Seryoginin ailəsini Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qarşılayacaq və ailənin tam təhlükəsiz olaraq Bakıya uçuşunu təşkil edəcək.
Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyevic Seryoginin ailəsinin təhlükəsiz şəkildə Bakıya qayıtması və dövlət tərəfindən şəhid ailələri üçün təsis olunan bütün imtiyazlardan istifadə etməsi, xüsusilə bu ailələrə verilən mənzillə təmin olunması üçün bütün mümkün əlaqələrdən istifadə edilir.
Bu haqda əlaqədar şəxs deputat Rüfət Quliyev tərəfindən qurumlara rəsmi müraciətlər olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1836 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik
28 oktyabrBuzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26 oktyabrPezeşkian Moskvada səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d
27 oktyabrCənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb
Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir
27 oktyabr"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrTürkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Türkiyənin İstanbul bölgəsinin Bakırköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 6
27 oktyabrErmənistanda növbədənkənar seçkilər gündəmə gəldi
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy
28 oktyabr