Bakıda yeni park salınır - Fotolar

Bakıda yeni park salınır - FotolarPrezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.

Sonxeber.az xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" hotelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır.

Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir.

Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən, hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istaqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.

Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun və tennis meydançaları, süni göllər, amfiteatr və su rezervuarları quraşdırılacaq. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq, keçid meydançaları, velosiped yolları çəkiləcək, bura dekorativ daşlar, qranit örtük çəkiləcək.

Yeni parkın ərazisində böyük yaşıllıq sahələri salınaraq yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.

Bu park ölkə başçısının paytaxtımızı parklar şəhərinə çevrilməsi istiqamətində gördüyü işlərin bir hissəsidir.

Bakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - FotolarBakıda yeni park salınır - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 170   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr