Almaniyanın hakim partiyası: "Putinlə Ukrayna ilə bağlı danışıqlar aparmaq mənasızdır"
Xristian Demokrat İttifaqının (XDİ) xarici siyasət üzrə eksperti və Almaniyanın xüsusi xidmət orqanlarına nəzarət üzrə Bundestaq komitəsinin sədri Roderik Kizevetter Ukrayna və Rusiya arasında hər iki ölkənin nümayəndə heyətlərinin sülh danışıqlarına şübhə ilə yanaşır.
Sonxeber.az "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətləri Ukraynada hərbi əməliyyatların başlamasından qısa müddət sonra görüşə başlayıb.
"Putinlə danışıq aparmağın mənası yoxdur. O, Ukraynanın parçalanmasını istəyir", - Kizevetter "Redaktionsnetzwerk Deutschland" qrupunun nəşrlərinə müsahibəsində deyib.
"Yeganə çıxış yolu Rusiyanın Ukraynadan qoşunlarını çıxarmasıdır", - Kizevetter deyib. - Danışıqlar problemin həllinə gətirib çıxarmayacaq. Ukraynanın nytrallığı və ya danışıqların oxşar nəticəsi çətin ki, uzunmüddətli sülh demək olsun. Putinlə sülh əldə etmək olmayacaq".
"Tətbiq edilən neytrallığın demokratiya ilə heç bir əlaqəsi yoxdur", alman siyasətçi vurğulayıb.
Kizevetterin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər, lakin bunun üçün BMT-nin ən nüfuzlu orqanı Təhlükəsizlik Şurasının daimi üzvlərini - ABŞ, Rusiya, Çin, Britaniya və Fransanı veto hüququndan məhrum etməyə imkan verən bənd hazırlamalıdır:
"BMT Təhlükəsizlik Şurasında qərarların səs çoxluğu ilə qəbul edilməsi zəruridir. Əks halda Rusiya kimi veto hüququna malik olan və hücumları həyata keçirən ölkələr Ukraynaya istənilən yardımı əngəlləyə bilər", - o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1679 Tarix: 20 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrŞimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?
Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır
30 oktyabrABŞ Polşadakı vəziyyətlə bağlı açıqlama verdi
Polşa Konstitusiya Tribunalında baş verən hadisələr həqiqətən də çox ciddidir. xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz bildirib. "Görünür, hökumətin dövlət hakimiyyətindən istifadəsi, eləcə də konstitusiya qurumunun müstəqilliyi və səlahiyyətləri ilə bağlı görünməmiş bir qarşıdurmanı
31 oktyabrPolşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29 oktyabrTürkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü
31 oktyabr