Müharibə Qərb üçün bir şansdırmı?

Müharibə Qərb üçün bir şansdırmı?Son 1 ayda bütün diqqətlər Ukrayna və Rusiyada arasında gedən müharibəyə yönəlib. Ukraynalılar rusları Rusiya ordusu və dövlətinin şişirdilmiş gücü ilə bağlı yalan və miflərindən məhrum ediblər. interestan.com saytına istinadən bildirilir ki mülki hədəflərin cinayətkarlıqla həyata keçirilmiş bombardmanları sübut edir ki, Rusiyanın işğalı strateji baxımdan uğursuz olub.
Müharibəyə dünya ölkələri biganə qalmırlar və qalmamalıdırlar da. Aİ və NATO hələ də Ukraynanın hərbi və humanitar səylərini dəstəkləyə biləcək bir neçə tədbir görə bilər. Qərb Rusiya qüvvələrinə qarşı əməliyyatlarda bilavasitə iştirak etməmək üçün sökülü vəziyyətdə olan təyyarələri sərhəddən ötürərək Ukraynaya çatdırmalıdır. Qərb, xüsusilə, ABŞ, həm də sərəncamında ciddi hərbi texnikası olan özəl muzdluları ("Triple Canopy" kimi şirkətləri, əvvəlki adı ilə "Blackwater") Ukraynada döyüşmək üçün göndərməlidir. Qaçqınların köçürülməsi sxeminə xüsusi diqqət ayırmaq lazımdır. Bu məsələni NATO və Aİ öz nəzarətinə götürməlidir. Rusiyaya qarşı sanksiyalar davam etməlidir. Müharibənin startından bu günədək Rusiyaya xeyli sanksiya tətbiq edilib. Ancaq bununla kifayətlənmək olmaz. Bu cür vacib bir dönəmdə Qərb Rusiyadan qorxmamalı, əksinə varlığını isbatlamalıdır.
Almaniyanın silah tədarük edib, "Şimal axını-2"ni dayandırdığı və ciddi iqtisadi sanksiyalara razılaşdığı, eyni zamanda İsveçrənin uzunmüddətli neytrallıq ənənəsini pozduğu bir vaxtda daha da irəli getmək məqamıdır. Aİ, nəhayət, gücünü və potensialını ortaya qoymalıdır. Rusiyanı dayandırmağın yolu bundan keçir. Macarıstan və Polşa kimi Aİ-nin fitnə-fəsad törədənləri nizama çağırılmalıdır. Polşa cəmiyyətinin böyük səyini Polşa hökumətinin laqeyd hərəkətləri ilə səhv salmaq olmaz. Aİ-nin əsas dəyərlərini və qanunlarını pozmaq kimi keçmişdə edilmiş günahlar unudulmamalıdır. Əksinə, yenidən dirçəlmiş Aİ müdafiəsini bərqərar etməli, ordu quruculuğuna başlamalıdır. ABŞ ilə birlikdə Çinə göstərmək lazımdır ki, Tayvanın potensial işğalı onun üçün Putinin Ukrayna barədə güc xəyallarına son qoyulması ilə oxşar nəticələnə bilər.
Avropa İttifaqı insiativi ələ almalı, nəyin bahasına olur-olsun, enerji birliyini gücləndirməli, Rusiya resurslarından asılılığını bitirməlidir. Çünki strateji suverenlik üçün bunlar önəmli amillər hesab olunur. Bunu etmək üçün isə ortaya iradə qoymaq lazım gələcək.
AB-nin müharibədən, dəhşətli dağıntılardan sonra müttəfiqlərini necə tez və effektiv şəkildə bərpa edə biləcəyini göstərmək üçün Ukraynaya resurslar göndərilməlidir. Bu, AB-nin qlobal miqyasda gücünü artıracaq. AB bu fürsəti əldən verməməlidir. Əks təqdirdə, Rusiyanın hegemonluğu bir qədər də arta bilər.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1213   Tarix: 23 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun