Tramp mitinq keçirib Rusiyanın Ukraynaya təcavüzünə görə Baydeni günahlandırdı ÜSTƏLİK...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən gün, prezident Cozef Baydenin Polşada Ukraynaya dəstək nitqi ilə çıxış etdiyi bir vaxtda öz tərəfdarlarının mitinqini keçirib. Və Rusiyanın Ukraynaya təcavüzünə görə Baydeni günahlandırıb.
Tramp ABŞ-dakı indiki yüksək inflyasiyaya, benzinin bahalaşmasına görə Bayden administrasiyasının günahkar olduğunu deyib. Onun sözlərinə görə, Bayden "Amerika xəyallarını dəfn edib".
"Amerika tarixinin beş ən pis prezidentini götürüb bir yerdə oturda bilərsiniz və onlar birlikdə Co Baydenin cəmi 15 ayda vurduğu ziyanı vura bilməzlər. Bir il ərzində o Amerika xəyallarını öldürdü",-Tramp Corciya ştatının Kommers şəhərində tərəfdarları qarşısında bildirib.
O, Rusiyanın Ukraynaya təcavüzünə görə də Baydenin günahkar olduğunu deyib, hakimiyyətdə olsaydı bunun baş verməyəcəyini iddia edib: "Ukraynaya müdaxilə baş verməli deyildi. Və hamının dediyi kimi: əggər Ağ evdə mən olsaydım".
Tramp çıxışında Baydeni "yuxulu qancıq oğlu" adlandırıb və deyib ki, Ukrayna ətrafında baş verənlər ABŞ-ın Əfqanıstandakı uğursuzluğu ilə bağlıdır. "Mən düşünürəm ki, Putin buna baxdı və dedi: cənablar, bu adamlar bacarıqsızdır",-hakimiyyətdə olduğu vaxtlarda Putinə sevgisini hər fürsətdə izhar edən və ABŞ tarixinin ən dələduz, yalançı siyasətçisi adını qazanan Tramp bildirib./Virtualaz
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1289 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabrNiderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var
Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind
26 oktyabrPezeşkian Moskvada səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d
27 oktyabrLatviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. "LSM" xəbər verir ki, "Resolute Reforger 2026" adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək. Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçis
26 oktyabrMadriddə etiraz aksiyası keçirilir
Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə
28 oktyabrDünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26 oktyabr