Zelenski: "2014-cü ildə Rusiya cəzalandırılsaydı..."
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avstraliya parlamentariləri qarşısında çıxış edib. Videoformatda olan görüş zamanı dövlət başçısı bir neçə məsələyə toxunub.
İlk olaraq o bildirib ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etdiyi üçün cəzalandırılsaydı, 2022-ci ildə genişmiqyaslı işğal olmayacaqdı.
"Dünya səhvləri düzəltməli və beynəlxalq təhlükəsizlik qaydalarına dəyişiklik etməlidir", - deyə o bildirib.
Bundan başqa, Zelenski Moskvanın sanksiyalardan yan keçməyə qoymamaqla bağlı çağırış edib və Avstraliyanı Rusiyadan gələn mallara əlavə rüsumlar tətbiq etməyə səsləyib.
"Ukrayna döyüş meydanında lazım olan hər şeyə sahib olmalıdır", - deyən dövlət başçısı Avstraliyanı bu məsələdə kömək etməyə çağırıb.
Zelenski həmçinin Avstraliyadan müharibədən sonra Ukraynanın Xerson kimi şəhərlərinin bərpasına qoşulmasını istəyib./Oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1086 Tarix: 31 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulDəhşət: göldə əlini yumaq istəyən oğlanı timsah diri-diri uddu
Hindistanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. xəbər verir ki, 12 yaşlı oğlan gölün kənarında əlini yumaq istəyərkən timsahın hücumuna məruz qalıb. Yırtıcı uşağı suya çəkərək parçalayıb. Hadisə ətrafdakı şəxslərin gözü qarşısında baş verib və bununla bağlı yayılan görüntülər yaılıb
19 iyulİranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulRekord isti bir həftədə 3 mindən çox insanı öldürdü
İyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 300 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur. bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb
19 iyulYaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli
19 iyul