Medvedev Putinin PLANInı açıqladı: "Vladivostokdan Lissabona qədər uzanan yeni imperiya qurulacaq"
Vladimir Putinin ən böyük dəstəkçilərindən biri olan Dmitri Medvedev səs-küy yaradacaq fikirlərlə gündəmə gəlib.
Sfera.az bildirir ki, uzun müddətdir Rusiya liderinin müharibəni başlatma səbəbi müzakirə obyekti olub, bu istiqamətdə fərqli iddialar irəli sürülüb. Bu fonda Medvedevin son açıqlaması diqqət çəkib. Belə ki, Rusiyanın keçmiş prezidenti, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev bəyan edib ki, Putinin məqsədi Vladivostokdan Lissabona qədər uzanan yeni Rusiya İmperiyası qurmaqdır. Onun fikrincə, Vladimir keçmiş sovet torpaqlarını əhatə edəcək və Avropaya uzanacaq yeni imperiyaya rəhbərlik etmək istəyir.
Medvedevin "Telegram"da paylaşdığı bu açıqlama Rusiya liderinin bütün reaksiyalara və sanksiyalara baxmayaraq, planından əl çəkmək niyyətində olmadığını ortaya qoyub.
Sabiq prezident son açıqlamasında həmçinin, təkcə cəbhədə deyil, diplomatiya masalarında da müharibənin olacağını vurğulayıb:
"Ən böyük məqsədlərimizdən biri ukraynalıların yanlış fikirlərlə dolu şüurunu dəyişdirməkdi. Biz hamıya, xüsusən də ukraynalılara sülh gətirəcək gələcək və son nəticədə Vladivostokdan Lissabona qədər uzanan Avrasiya qurmağı hədəfləyirik".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın 2014-cü ildən bəri Donbassda qırğın törətdiyini bildirmiş və rus xalqını bu vəziyyətdən xilas etmək üçün hərəkətə keçdiklərini açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2098 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
25 oktyabrWSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır
Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind
25 oktyabrQrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26 oktyabrRusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25 oktyabrAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25 oktyabrEynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26 oktyabr