İmran Xan niyə cəzalandırıldı? - Pakistanlı ekspertdən AÇIQLAMA

İmran Xan niyə cəzalandırıldı? - Pakistanlı ekspertdən AÇIQLAMAÖtən gün Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb.

Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o vəzifəsindən istefaya göndərilib.

Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.

İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub. Məlum hadisədən sonra Pakistanda siyasi gərginlik yaşanır, yeni Baş nazirin kim olacağı barədə aktiv müzakirələr aparılır. Bundan əlavə, devrilən hökumətdə kütləvi həbslərin aparılacağı ehtimal olunur.

İstefaya göndərilən İmran Xan isə bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır:

"Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib".

Azərbaycana yaxın dost olan Pakistanda nələr baş verir? İmran Xan hansı səbəbdən vəzifəsindən uzaqlaşdırıldı?

Pakistanlı siyasi ekspert Qaiser Navab ölkəsində yaşayan hadisələri şərh edib. Onun fikrincə, İmran Xan qanunları pozduğuna görə xalq tərəfindən cəzalandırılıb.

Ekspert İmran Xanın hakimiyyəti dövründə ölkənin iqtisadi durumunun heç də yaxşı olmadığını, insanların yaşayış səviyyəsinin pisləşdiyini bildirib:

"Müxalifətin iştirakı ilə 6-7 aylıq müvəqqəti hökumət qurulacaq. Pakistan Demokratik Hərəkatı növbəti seçkilərə qədər hökumətdə olacaq. Proseslər fonunda İmran Xan Baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Əlbəttə, bunun müəyyən səbəbləri var.

İnsanlar hesab edirlər ki, İmran Xan ölkə konstitusiyasını pozaraq parlamenti buraxıb. Lakin Pakistanın Ali Məhkəməsi dərhal tədbir gördü və parlamentin buraxılmasını dayandırdı. İmran Xan konstitusiyanı pozduğuna və konstitusiyaya zidd olaraq məclisi buraxdığına görə cəzalandırıldı".

Ekspertin fikrincə, İmran Xanının yürütdüyü siyasət müxtəlif qrupları narazı salırdı. İqtidara gəlməyə çalışan müxalifət mövcud vəziyyətdən istifadə edərək, onun hakimiyyətdən kənarlaşdırılmasına nail olmağı bacardı:

"İmran Xanın belə etməsinin səbəbi parlamentdə ona qarşı etimadsızlıq səsverməsi təklifi oldu. Belə deyə bilərik ki, yüksək inflyasiya və işsizlik, Pakistanın artan borcları xalqı və müxalifət partiyalarının narazlığına səbəb oldu. Narazılıqlar getdikcə artırdı. Ona görə də Pakistanda belə xoşagəlməz vəziyyət yarandı".

Qeyd edək ki, siyasi kluarlarda dolaşan söhbətlərdə Pakistanın keçmiş Baş naziri Navaz Şərifin kiçik qardaşı olan 70 yaşlı Şahbaz Şərifin Baş nazir postuna yeganə namizəd olacağı deyilir. Siyasi ekspertlər onun şansını yüksək qiymətləndirir. Ehtimal olunur ki, İmran Xanın postu ona həvalə olunacaq.

Onu da bildirək ki, Milli Assambleyada yeni hökumət başçısının namizədliyi ilə bağlı səsvermə bazar ertəsi keçiriləcək. İclasdan sonra yeni baş nazirin aqibətinə aydınlıq gətiriləcək./Modern


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3510   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimali və Cənubi Koreya arasında gərginlik yenidən artır

Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşib. Reuters-ə istinadən xəbər verir ki, Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda sentyabrda baş vermiş mina insidenti ilə bağlı Seulu hadisəni saxtalaşdırmaqda ittiham edib. Koreya yarımadasında hərbi hazırlıqla bağlı narahatlıqla

26 oktyabr
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25 oktyabr
.

10 km hündürlükdən düşüb sağ qalmışdı - Dünyanı heyrətləndirən qadının HEKAYƏSİ

1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-c

25 oktyabr
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25 oktyabr
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25 oktyabr
.

Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb

Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand

25 oktyabr
.

İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadını

26 oktyabr
.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı

25 oktyabr
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

25 oktyabr