Zelenskidən Putinin saxlanılan yaxın adamı ilə bağlı Rusiyaya təklif
Ukrayna Prezidenti Volodimir Zelenski həbsdə olan xalq deputatı, Rusiya Federasiyasının başçısı Vladimir Putinin qızının "xaç atası" Viktor Medvedçukla bağlı Rusiya tərəfinə təklif verib.
Ukrayna lideri bu barədə yeni videomüraciətində bildirib.
"Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu adamınızı Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək", - deyə Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, Medvedçuk 50 günə yaxındır ki, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də) saxlanılması çox simvolikdir.
"O, 48 gün gizləndi və nəhayət, qaçmağa cəhd etmək qərarına gəldi. Bu, "kosmonavt" üçün sözün pis mənasında məşhur "Getdik" şüarı işə yaramadı. Onun hərbi kamuflyajdan istifadə etməsini xüsusilə həyasızlıq hesab edirəm. Bu cür maskalamağa çalışıb. Belə bir "döyüşçü"... Belə bir "vətənpərvər". Ancaq Medvedçuk özünə hərbi forma seçibsə, deməli, hərbi vəziyyətin qaydaları ona da şamil edilir", – deyə prezident əlavə edib.
Xatırladaq ki, aprelin 12-də axşam Zelenski özünün "Telegram" kanalında Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Viktor Medvedçukun saxlanıldığını bildirib. Prezident xalq deputatının əliqandallı fotosunu paylaşaraq, təfərrüat barədə daha sonra ətraflı məlumat verəcəyini deyib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...